Rusiyanın Suriyadakı səfirliyi atəşə tutulub.
Media-fakt.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, terrorçular tərəfindən atılan mərmi Rusiya səfirliyinə düşüb.
“Noyabrın 20-də, saat 10:35-də Suriyanın paytaxtı Dəməşq şəhərinin terrorçular tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində mərmilərdən biri Rusiya səfirliyinin ərazisinə, yaşayış kompleksinin yaxınlığına düşüb. 122 mm-lik mina binanın divarını, elektrik xətti və su təchizatı sistemini zədələyib”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, hücum Rusiyanın Suriya ilə bağlı yeni danışıqlara hazırlaşdığı dövrdə baş verib.
Yenifakt.info
Müstəqil xəbərlər portalı