Münaqişə zonasında vəziyyət neçə gündür gərgin olaraq qalır
Günün əvvəlindən Ukraynanın anti-terror əməliyyatı (ATƏ) zonasında separatçıların açdığı atəş nəticəsində iki hərbçi ölüb, daha altısı yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ATƏ-nin mətbuat xidmətinə istinadən UNN məlumat yayıb.
“… İki hərbçimiz ölüb, altısı yaralanıb”, – deyə məlumatda bildirilir.
Ötən sutka ərzində ATƏ zonasında vəziyyətin gərginləşməsi nəticəsində Ukraynanın 1 hərbçisi ölüb, 18-i yaralanıb.