Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya Siyasət

Moldovada siyasi qalmaqal – Hökumət prezidentə qarşı çıxdı

Moldova prezidenti İqor Dodon Nazirlər Kabinetinin, onun qadağasına baxmayaraq, moldovalı hərbçiləri Ukraynanın Lvov vilayətində keçiriləcək “Rapid Trident-2017” hərbi təlimlərinə göndərməsini hakimiyyətin qəsb edilməsi kimi qiymətləndirib.
Virtualaz.org xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məsələ ondadır ki, Moldova hökuməti, prezident Dodonun qadağasına baxmayaraq, hərbçilərin Ukraynada təlimlərdə iştirakını təsdiq edib. Ancaq Dodon ölkənin silahlı qüvvələrinin baş komandanı kimi hökumətin qətnaməsini ləğv etməklə bağlı qərar qəbul edib.
Hökumətdən isə bildiriblər ki, hərbçilər onsuz da sentyabrın 7-dən 23-dək keçiriləcək “Rapid Trident” təlimlərində iştirak üçün Ukraynaya yola düşəcəklər.
Xatırladaq ki, ötən gün prezidentin mətbuat katibi İon Çeban “Facebook” səhifəsində moldovalı hərbçilərin xaricdə hərbi təlimlərdə iştirakının ölkə üçün qəbuledilməz olduğunu yazmışdı. Bundan başqa, prezidentin rəsmi səhifəsində ölkənin müdafiə nazirinin müavini Qeorqiya Qalburunun da müraciəti yerləşdirilmişdi. Müraciətdə deyilir ki, Moldova “Rapid Trident-2017” hərbi təlimlərində 50 nəfərlik heyətlə iştirak edəcəkdi. Lakin prezident siyahını təsdiqləməyib.
Qeyd edək ki, sentyabrın 7-dən 23-dək Lvov vilayətində keçirilən təlimlərə 14 ölkədən 2500-dən çox hərbi qulluqçu qatılacaq.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir