Daşkəsən və Gədəbəy rayonlarına qar yağıb.
İstiqlal.az “Report”a istinadən xəbər verir ki, noyabrın 22-də günorta saatlarından yağan yağış daha sonra qara çevrilib.
Hazırda Daşkəsən rayonunda qarlı hava şəraiti davam edir və qarın qalınlığı 5 santimetrə yaxındır.
Anoloji hava şəraiti Gədəbəy rayonunda da davam edir və orda da qalın qalınlığı 3-4 santimetri keçib.
Hər iki rayonda qarlı hava şəraitinin davam etməsinə baxmayaraq, hələki avtomobil yollarında çətinliklərin yaranmadığı bildirilir.