“Məmurlar narkomaniyanı dəstəkləyir” ifadəsinin sahibi həbslə üz-üzə…
İctimai fəal, daha çox gənclərin narkomaniyadan yayınması üçün təbliğat aparan və hakimiyyətə müxalif fikirləri ilə fərqlənən Teymur Ələsgərov Novxanıda baş tutumuş mitinqdən sonra saxlanılmışdır
Redaksiyamıza daxil olan məlumata görə sosial şəbəkələrdə gənclərin narkomaniyaya meyylənməsiylə bağlı sosial mediada və mətbuatada maraqlı açıqlamalar verən Teymur Ələsgərov 28 may 2017-ci il tarixdə Novxanı qəsəbəsində Məmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirilən mitinqdə iştirak etdikdən sonra saxlanılaraq Nəsimi rayon polis bölməsinə aparılıb. Hər il keçirilən müxalifətin ənənəvi xatirə mitinqində həm də hakimiyyət əleyhinə şüarlar səsləndiyindən ehtimal olunur ki, saxlanmanın səbəbi bu mitinqdə iştirak da ola bilər. Lakin, Polis İdarəsində ifadə verdikdən sonra azad olunan T.Ələsgərov bildirib ki, onun saxlanması birinci dəfə deyil və ona qarşı edilən bu haqsızlıq ictimai aktivliyi və narkomaniyayla bağlı məmurları tənqid etməsiylə bağlıdır.
T.Ələsgərov saxlanmanın detalları haqqında məlumat verməyin düzgün olmadığını bildirsə də, ictimai aktivliyinə görə həbs olunacağı ehtimalının da real olmasını qeyd etdi. O, yanvar ayında milli məclisdə deputatla görüşmək istəyərkən 15 sutka inzibati cəza almasını, daim sahə müvəkkili tərəfindən nəzarətdə olmasını xatırlatdı. T.Ələsgərov sosial mediada “narkomaniyanın arxasında yüksək rütbəli vəzifə sahibləri dayanır” fikrinə görə “sevilməyən şəxs” olmasını və hər şeyin bununla əlaqədar olmasını vurğuladı.