Tanınmış vəkil Asabəli Mustafayev Gözəl Byramlının müdafiəsinə qoşulub. Vəkil bu haqda özünün feysbuk hesabında məlumat verib:
“Gözəl xanım Bayramlını mən uzun illərdi tanıyıram. İki inzibati işində vəkili olmuşam. Ölkə daxilində bu işləri uduzsaq da, Avropa Məhkəməsində hər ikisini udmuşuq.
Bu işlərə görə ona təyin olunmuş kompensasiyanı almağa məcal tapmadı,lakin ümüd edirəm ki,yaxın zamanlarda öz haqqına alacaqdır.Son illərtdə həbs olunmuş fəalların müdafiəsi xahişilə məhz o mənimlə əlaqə saxlayırdı. O, öz davranışı ilə dırnaq arası “kişilərdən” daha çox ər olduğunu təsdiq etmişdir.Ona görə onun bir sözünü iki edə bilmirdim. Hazırda onun ittiham olunduğu əməl az ağır dərəcəli cinayətlər kateqoriyasına aiddir.
İndi güya cinayət məsuliyyətinə cəlb edilmə və qətimkan tədbirinin seçilməsində humanizm və təqsirsizlik prinsipi əsas meyar olmalıdır.Bu rəsmi bəyanatlara baxmayaraq Gözəl xanım barədə həbs qətimkan tədbirinin seçilməsi təsdiq edir ki, ona qarşı siyasi ayrı-seçkiliyə yol verilmişdir və bu iş qondarmadır.Bu iş o qədər sadə və bəsitdir ki, əminəm ki, vəkil olmadan da Gözəl xanım təqsirsiz olmasını özü sübut edəcəkdir.
İndi onu vəkili olan Elçin Sadıq üçün isə bu lap asan olacaqdır, çünki o peşakardır. Lakin hesab edirəm ki, Gözəl xanımın qanunsuz həbsinə içtimai qınaqı nümayiş etdirmək üçün onun müdafiəsinə çoxlu sayda vəkillər qoşulmalıdır. Biri mən. Sonrası kim?”