Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

FHN-dən bulvarda intihar edən tələbə ilə bağlı açıqlama

Fövqəladə Hallar Nazirliyi (FHN) intihar edən tələbə ilə bağlı məlumat yayıb.
FHN-dən İstiqlal.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yanvar 8-də 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb:
“Yanvarın 9-da Cahangir Məlikovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən batdığı yerdən 300 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib”.
Xatırladaq ki, Məlik Cahangirov Azərbaycan Dövlət Pedaqoji Universiteti coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırdı. O, ötən gün axşam saatlarında bulvarda özünü dənizə atıb.
Mərhum Məlik Cahan imzası ilə şeirlər yazıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir