Rejimin yaradçısı olan atası Heydər Əliyevdən sonra hakimiyyəti ələ keçirən İlham Əliyev ötən 13 il ərzində sübut etdi ki, o da atası kimi bir başa yol seçməyəcək. Bəs İlham Əliyev “Kral” kimi bu 13 ildə hakimiyyəti necə əldə saxladı?
Bizə məlum diktatorların həyat yoluna işıq salsaq görəcəyik ki, onlar bir-birilərindən heç nə ilə fərqlənmirlər. Əksinə, bir-birilərinə bənzəmək və hərəkətlərini təkrarlamaq üçün əllərindən gələni edirlər.
Qorxu üzərində qurulan hakimiyyətdə hər zaman özlərini xilaskar olduqlarına inandırmağa çalışırlar. 2003-cü ilin oktyabr hadisələrini xatırlayaq. İlham Əliyev seçkidə müxalifətə uduzduğunu görüb, hakimiyəti zorla ələ keçirmək üçün Azadlıq meydanına çıxan minlərlə insanı qana boyadı, qətlə yetirdi. Bu gün sözünü deyən hər kəs polis qorxusu ilə üzləşir. Şərlənir, təqib olunur, həbsə atılır və s.
İlham Əliyevin dikatorluq xasiyyətindən biri də, tez-tez xarici ölkələri xüsusən də, Azərbaycandakı insan hüquq və azadlıqları ilə bağlı narahatlıq keçirən Qərb ölkələrini açıq dillə, barmaq sallayaraq təhdid etməsidir.
Xalqından qorxan və ondan olduqca uzaq durmağa çalışan İlham Əliyevin bu hərəkəti isə, diktatorlara xas olan qorunmaq hissidir. Bayram, tədbir və ya hansısa bir rayonda olan açılışlara fikir verin. Həmin tədbirlərdə İ.Əliyevin yanında ailə üzvləri, çox vaxt da mühafiçəziləri və ya özünə baş əyən məmurları olur.
Ölkəmizdə hörmət mədəniyyətinin olması, alternetiv fikrə münasibətin pis olması da diktator İlham Əliyevin əl-ayaqlarını açaraq uzun illər hakimiyyətdə qalmasına yardımçı oldu. Və o, bu hörmət mədəniyyətindən məharətlə istifadə edir.
Təsadüfi deyil ki, Almaniyanın nüfuzlu “Mədəniyyət” radiosunun saytında dərc olunan araşdırmada İlham Əliyev hakimiyyətinə “Modern diktatora” bənzətməsi edilmişdi. Bu da əsasən onun, öz ölkəsindən kənarda sivil, demokratik, azad bir cəmiyyət qurduğunu və belə bir ölkəyə rəhbərlik etməsi görünümünü yaratması idi. Reallıqdan isə, hər birimizin xəbəri var.
İlham Əliyevin diktator kimi ən böyük gücü vahid müxalifət blokunun yaranmamasıdır. Ötən illərə nəzər salsaq görərik ki, ölkəmizin aydın insanları, ziyalıları və siyasətçiləri bir neçə dəfə vahid müxalifət bloku adı altında birləşib hakimiyyətlə birgə mübarizə etməyə çalışsalar da, qısa müddət sonra parçalanıb bir-birilərinin əleyhinə olmazsın ittihamlar səsləndirməyə başlayıblar.
İlham Əliyev diktatorluğuna xas olan xüsusiyyətlərdən biri də, xalqı özünə möhtac edib, daha sonra möhtac olduqlarını qram-qram verib özünü xilaskar kimi göstərməkdir. Rayonlarda iştirak etdiyi açlışların görüntülərinə baxmısız yəqin ki, əslində ac və səfalət içində yaşayan bir şəxsi bəzəyib-bərtəyib İlham Əliyevin qarşısına çıxarırlar ki, yaltaqlansın, onu eninə-uzanına tərifləsin.
Bütün diktatorlara miflər yazılır. Heç kimə bənzəməyən bir xarakterə sahib olduqları vurğulanır. İlham Əliyev haqqında “N” sayda kitab yazılıb. Bu dəqiqə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elə bir işçisi olmasın ki, onun İlham Əliyev haqqında yazdığı kitab və ya elmi məqaləsi olmasın. Bax beləcə diktatorlar xalqın gözündə ucaldılır….
Sənan Hüseynov