Yenifakt.info

Müstəqil xəbərlər portalı

Müsahibə

“Beynəlxalq təşkilatlar Azərbaycandan demokratik prinsipləri və insan haqlarını pozmamağı tələb edir”.

 

Aztoday.az saytinin müxbiri Murad Əhmədov: “Azərbaycan hakimiyyəti qərb dövlətləri ilə gərginliyin hansı nəticələrə  gətirib çixarcağını düşünmür.”

Qərb dövlətləri, o cümlədən, beynəlxalq təşkilatlar Azərbaycandan demokratik prinsiplərə hörmət etməyi, insan haqları və azadlıqlarının pozmamağı tələb edib.15129750_1173582179373903_460597931_n

Azərbaycan tərəfinin bu tələblərə reaksiyası hər zaman “daxili işlərinə qarışırlar” şəkilində olub.

hesab edir ki, Qərbin Azərbaycanda siyasi məhbusları azad etməyə çağıran bəyanatları ölkəmizdə insan haqlarının pozulmasından xəbər verir.

«Əvvələr Qərb dairələri demokratiya, insan haqları kimi məsələlərə münasibət bildirəndə adətən narahatıq ifdəsəi işlədilirdilər və hökumət siyasi məhbusları ədalətli məhkəmədə mühakimə etməyə çağırılırdı. Ancaq son vaxtlar fərqli üslub seçilib. Siyasi məhbuslara ədalətli məhkəmə çağrışı yerinə, onları dərhal azad etmək tələbi təkid şəkilndə ifadə olunub.

Bu bəyanatdakı ifadə fərqi təkcə diplomatik üslubun sərtləşməsi deyil, həm də açıq şəkildə Azərbaycan hakimiyyətinə, onun hüquq mühafizə sisteminə inamsızlığın nəzərə çarpdırılmasıdır. Təəssüf ki, hakimiyyət problem həll etmək əvəzinə daim müdafiə mövqeyində dayanır. Azərbaycan onun suveren inkişafına qarant ola biləcək dünyanın super güclərinin dəstəyindən məhrum ola bilər. Dövlətinin gələcəyini düşünən bir insan kimi hakimiyyətin ritorikası məni də narahat edir. Hüquq haqqında elementar təsəvvürləri olan hər kəs bilir ki, Qərbdən gələn bəyanatlar insan haqları ilə bağlıdır. İnsan haqları heç bir dövlətin daxili işi sayıla bilməz. İnsan haqları universal bir dəyərdir. Ona görə Qərbin bəyanatları Azərbaycanın daxili işlərinə qarışmaq demək deyil. Vətəndaşlarımızın taleyi ilə bağlı məsələ Qərbdən daha çox Azərbaycan hakimiyyətini narahat etməlidir. Çünki ədalətsiz məhkəmə hökmləri ilə həbs olunanlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycanın strateji, iqtisadi, enerji tərəfdaşı olan ölkələr Qərbdə yerləşir. Bu mənada Qərblə münasibətlərin bu səviyyəyə gətirilməsindən təəssüflənirəm. Bu proses özü də o zaman baş verir ki, Azərbaycan hakimiyyətinin təmsilçiləri ölkəmizin Avrasiya İttifaqına getəmsinin maraqlarımıza uyğunluğu barədə açıqlamalar verirlər. Bu çox təhlükəli tendensiyadır”. Çox təəssüf ki, Azərbaycan hakimiyyəti qərb dövlətləri ilə gərginliyin hansı fəlakətlərə gətirib çixarcağını düşünmür.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir