Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Bakı-Sumqayıt yolunda dəhşətli qəza: 5 tələbə öldü, 20 yaralı FOTO VİDEO YENİLƏNİB

Martın 9-u səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır avtoqəza baş verib. “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yük maşınına çırpılıb. Nəticədə 5 nəfər ölüb, xeyli yaralı var. Məlumata görə, ölənlərin hamısı tələbədir.

Mikroavtobus Bakıdan Sumqayıta gedirmiş və sərnişinlərin çoxu tələbə olub. 2 tələbə hadisə yerində, 3-ü isə sonradan dünyasını dəyişib.

avtosfer.az qəzanın başvermə anını və səbəbini açıq-aşkar əks etdirən görüntüləri əldə edib. Görüntülərdən məlum olur ki, qəzaya düşən qırmızı rəngli “Ford”ün sürücüsü körpünün üzərində ötmə əməliyyatı aparır. Göründüyü kimi, o, digər “Ford”u ötməyə çalışır. Özü də sağdan. Hansı ki, sağdan ötmə qadağandır. Lakin Namiq Hüseynov bu cür kobud qayda pozuntusuna yol verərək qəza törədir. Hadisədən əvvəl “ZİL” markalı yük maşını körpünün üzərində xarab olaraq dayanıb. Mişar daşı daşıyan yük maşınının təkəri partlayıb. “ZİL”in sürücüsü maşını körpüdə saxlayaraq guya təhlükəsizlik tədbiri görürmüş kimi, bir neçə mişar daşını yola düzüb. Videodan da göründüyü kimi, “Ford” ötmə əməliyyatı edəndən sonra sol zolağa qayıtmağa çalışır. Lakin sürət yüksək olduğu üçün bunu edə bilmir. Əvvəl yoldakı mişar daşlarına dəyən “Ford” daha sonra sol tərəfdən “ZİL”ə çırpılıb.

Namiq Hüseynov uzun illərdir “Ford” sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən ilə 24 dəfə cərimələnib.

***

Qəzada dünyasını dəyişənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin tələbələri Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il təvəllüd), Quliyev İbrahim Vüqar oğlu (1996), Caniyev Rəşad Füzuli oğlu (1997), Muradova Roza Eynulla qızı (1997) və Quliyeva Çinarə Azər (1996) qızıdır.

İbrahim Nəsibov

Canıyev Rəşad

17 nəfər yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Bunlar aşağıdakılardır:

Babayev Orxan

Mirzəyeva Mina

Qocayev Nicat

Cəfərova Aytən

Əsgərli Oqtay

Fərzəliyeva Xavər

Tağıyev Samir

Cəbiyev Əfsər

Manafov Bəybala

Kərimova Təranə

Həsənov Elgiz

Məmmədov Məhəmməd

Quluzadə Aytən

Baxışova İlahə

Əmani Abbas

Əliyev Elvin

Mürsəlzdə Aydan

Daha 4 nəfər yaralı Kliniki Tibbi Mərkəzə aparılıb, onlardan biri – Rəşad Canıyev orada dünyasını dəyişib, 1 nəfər isə ambulator müalicəyə yazılıb. Qalan iki nəfər – Emin Həmidov və Lalə Nəsibzadə reanimasiyaya yerləşdirilib. L.Nəsibzadə əməliyyat edilib, vəziyyəti kritikdir.

Sumqayıt Dövlət Universitetindən də bildirilib ki, yaralı tələbələrdən Lalə Nəsibzadənin və Aydan Mürsəlzadənin vəziyyəti daha ağırdır.

Hadisə ilə bağlı mikroavtobusun və yük maşınının sürücüləri artıq saxlnılıb.

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış “ZİL” markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.

“ZİL” markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb.

Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı “ZİL”in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb.

Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir