Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Sergey Lavrov: “Qarabağ Azərbaycanın daxili işlərinə aid məsələ deyil”

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 2016-cı ilin yekununa dair keçirdiyi böyük mətbuat konfransında Azərbaycanın maraqlarına uyğun olmayan bəzi fikirlər səslənib.

S.Lavrov “Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi” sualına belə cavab verib:

“Dağlıq Qarabağ münaqişəsi mücərrəd bir məsələ və sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. İşğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi tələbi hər zaman qüvvədə qalır”.

Lavrov deyib ki, 2016-cı il aprel döyüşlərindən sonra, insidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı razılıq əldə olunub. Amma təəssüf ki, hətta belə bir elementar şey reallaşa bilmir, çünki bununla bağlı ATƏT-də konsensus yoxdur.

Lavrov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı həll paketi mövcuddur – işğal edilmiş ərazilərin boşaldılması və Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi tələbi hələ də qüvvədədir.

Rusiyalı nazir ötən ilin aprelindəki döyüşlərin ciddi narahatlıq doğurduğunu və Moskvanın həmin vaxt “qan tökülməsinin qarşısının alınmasında” vacib rol oynadığını bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir