Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) keçmiş sektor müdiri Elşən Mustafaoğlu barəsində hökmdən apellyasiya şikayəti verilib. Bu barədə Turan-a Mustafaoğlunun vəkili Əfqan Məmmədov bildirib.
Mustafaoğlu 2014-cü ildə dövlətə xəyanət ittihamı ilə həbs olunub.
O, ittihamı təkzib edib. Müdafiə tərəfi hesab edir ki, Mustafaoğlu təxribatın və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının özbaşınalığının qurbanı olub. Dekabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mustafaoğlu 10 il müddətinə azadlıqdan məhrum edilib.