Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

X.İsmayılovanın Avropa Parlamentində çıxışından əvvəl onun işığı söndürülüb

Bazar ertəsi saat 16 radələrində, Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının pozulması mövzusunda dinləmələrin başlamasına 15 dəqiqə qalmış Bakıda Skype vasitəsilə məruzəçi kimi müzakirə iştirakçılarına qoşulmalı olan jurnalist Xədicə İsmayılovanın elektrik enerjisi kəsilib.

Bu barədə məlumat İsmayılovanın facebook səhifəsində yayılıb. Dinləmələr Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfərinə həsr olunub.

İsmayılova şərti azadlıqdan məhrumetmə cəzası çəkir və buna görə hakimiyyət onun ölkədən çıxışını qadağan edir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir