Azərbaycan Mərkəzi Bankı bazar ertəsi dolların məzənnəsini 1,9111 manatdan 1,8769 manata endirib.
Turan-ın məlumatına görə, 2016-cı ilin oktyabrından etibarən dolların məzənnəsi ilk dəfə belə kəskin ucuzlaşır.
Fevralın 7-də kommersiya banklarının Amerika valyutasını əhalidən 1,82-1,83 manata alacağını, 1,89-1,91 manata satacağını təxmin etmək olar.