Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

DİM Antikorrupsiya İdarəsinə müraciət etdi – Saxta diplomlar araşdırılır

Mərkəzdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün ərizə qəbulu aparılarkən namizədlərin sənədləri daim yoxlanılır:

“Bu araşdırmalar zamanı təqdim olunan sənədlərdə hər hansı bir uyğunsuzluq aşkar olunarsa, onların həqiqiliyinin yoxlanılması üçün müvafiq nazirliklərə sorğular göndərilir. Sənədlərin (o cümlədən diplomların) hüquqi əsasının olmadığı müəyyən edildikdə, onların araşdırılması üçün prokurorluq orqanlarına müraciət edilir. Yəni, müraciətlər əsasən bu qəbildən olur”.
Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə keçən il Dövlət İmtahan Mərkəzindən 5 müraciət daxil olub ki, bu müraciətlər əsasında araşdırmalar aparılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir