Yenifakt.info

Müstəqil xəbərlər portalı

İnsan haqları

E.Sabiroğlu: Rüfətə təzyiqlər davam edir

“Kürdəxani təcridxansında Rüfətə qarşı psixoloji və mənəvi təzyiqlər indi də cəza çəkdiyi 9 saylı Cəzaçəkmə Müəssisəsində davam edir”. Bunu Turan-a 9 saylı hıəbsxanada saxlanılan keçmiş müstəntiq Rüfət Səfərovun atası Eldar Sabiroğlu bildirib.

Onun sözlərinə görə, müəssisənin zabitlərindən biri R.Səfərovun şəxsiyyətini alçaldan hərəkətlərə yol verib, bu azmış kimi, müəssisə rəhbərliyi Rüfətə qarşı tədbir də görüb: “Onlar Rüfətə qarşı qanunsuzluğun ictimailəşdiriləcəyini bildikləri üçün qabaqdangəlmişlik edərək Rüfəti daxili müəssisənin nizam-intizam qaydalarını pozmaqda təqsili bilərək töhmət elan ediblər”.

E.Sabiroğlu deyir ki, problem bununla bitmir, belə ki, Rüfətə qarşı psixoloji- mənəvi təzyiqlər davam edir: “Rüfətlə bir kameraya epilepsiya xəstəsi olan bir adamı salıblar, gecələr yatmır. Qışqırır, hay-küy salır, onun yatmasına imkan vermir”.

Eldar Sabiroğlu bundan irəli gələrək ailəvi olaraq bu ölkədə yaşayıb-yaşamamaq sualı ilə üzbəüz qaldıqlarını bildirib.

Xatırladaq ki, R.Səfərov 2015-ci il dekbarın 20-nə kimi Zərdab rayon prokurorluğunun müstəntiqi olub, dekabrın 20-də hüquq-mühfizə orqanlarındakı qanunsuzluqlara etiraz olaraq bəyanatla bu sistemdən çıxdığını bildirib.

2015-ci il dekabrın sonlarında barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 2016-cı il yanvarın 22-də həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsində mıəhkəmə prosesi keçirilib və 9 il müddətinə azadlıqdan məhrum edilib.

Kürdəxanı təcridxanasında saxlandığı vaxtlarda R.Səfərovun yanına 25 il həbs həyatı yaşamış residivist salınmışdı.

R.Səfərovun atası Eldar Sabiroğlu özü vaxtilə YAP-dan deputat seçilib, uzun müddət Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir