Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Müsavat Mehman Hüseynovun azad olunmasını tələb edir

Müsavat Partiyası məşhur bloger Mehman Hüseynovun həbsini pisləyərək, hakimiyyətdən onu dərhal azad etməyi və onu qanunsuz saxlayan polisləri cəzalandırmağı tələb edib.

Partiyanın bəyanatında deyilir ki, Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında Bakı şəhərinin mərkəzi küçələrindən birində nəmalum mülki geyimli şəxslər tərəfindən oğurlanıb və yalnız ayın 10-da saat 12.00 radələrində onun haqqında qərar qəbul edilməsi üçün Nəsimi rayon məhkəməsinə aparılması məlum olub. Bundan əvvəl onun hüquqları kobud şəkildə pozulub və vəkil Elçin Sadıqov onun yanına buraxılmayıb.

Müsavat hesab edir ki, Mehman Hüseynovun həbsi onun hakimiyyəti tənqid edən yazıları, korrupsiya faktları ilə əlaqədar çəkərək sosial şəbəkədə paylaşdığı, 100 minlərlə vətəndaşın baxdığı videoları, yüksək dövlət vəzifəsi tutan şəxslərin qanunsuz əməlləri barədə ictimaiyyəti məlumatlandırması ilə bağlıdır.

Aparıcı müxalifət partiyalarından biri olan Müsavat blogerin uydurma polisə tabe olmamaq ittihamı ilə həbsini ifadə azadlığına qarşı repressiya aktı kimi qiymətləndirir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir