Son günlərdə diqqətlər yenə də Qarabağ probleminə yönəldi. Diplomatiya müstəvisində elə bir yenilik baş verməsə də bir neçə gün döyüş bölgələrində əməlli – başlı gərgin anlar yaşandı.
Bir daha aydın oldu ki, dünyanın siyasət və diplomatiya adamları Qarabağ problemini nə qədər unutmağa çalışırsa problem özünü bir o qədər diqqətə gətirir.
Bəli, biz jurnalistlər üçün elə məsələlər vardır ki, onlardan yazmaq olduqca, çox çətindir. Tənqid edə bilmirsən, azacıq da olsun, ironiya etməyə ürəyin gəlmir. Azərbaycanda bu cür problemlərin biri,bəlkə də ən birincisi bir daha deyirik ki, Qarabağ problemidir…
Sözsüz, Qarabağ ümumi bir dərddir, lap bizim qocalar demişkən, göz dağıdır.Buna söz yox. Di gəl ki, Qarabağ həm də bir siyasət məsələsidir. O üzdən də nə qədər çalışırsan, bu müstəvidəheç kimə, necə deyərlər, həttaqardaşına da güzəşt edə bilmirsən. İstər–istəməzqəbul edirsən ki, bütün digər problemlərdən fərqli olaraqhakimiyyət bu məsələdə özünü daha məsuliyyətli və hesabatlı sanmalıdır,- axı on illərdir, problemi həll etmək mümkün olmayıb.
Həm də bir vaxtlar, özü də ki, siyasi tarix baxımından çox da uzaq olmayan bir keçmişdəindiki siyasətçilərdə əvvəlki hakimiyyətləri“ciddi Dağlıq Qarabağ konsepsiyasının olmamasında” və ya “problemi həll edə bilməməkdə” qınayırdılar…
İndi nə alınır, əzizlərim? O vaxt deyilənlər tamam-kamal yaddan çıxıbdırmı? Yoxsa ki, Qarabağ problemi ancaq müxalifət ritorikasının predmetidir? Bəli, artıq əvvəlki hakimiyyətlər yoxdur və hesab sorulası siyasi vektor bəllidir. Eləbu səbəbdən də iqtidar təmsilçiləri heç olmasa, müxalifətçilik dövrlərində dedikləri sözləri xatırlamalıdırlar…
ƏSL BÖYÜK QAYIDIŞ OLMADI…
Ona görə də nə qədər çalışıramsa və nə qədər də cəhd edirəmsə Qarabağ problemini indiyədək həll edə bilmədiyinə görə hakimiyyəti qınamaqdan özümü heç cürsaxlaya bilmirəm. On illər keçməsinə rəğmən hələ bircə rayon belə azad edilməyib. Əvəzində isə çox kiçik bir Cocuq Mərcanlı kəndinin bərpasını böyük qayıdış, böyük qələbə kimi qələmə verirlər…
Mən isə bir vətəndaş kimi bununla heç barışa bilmirəm, ona görə ki, işğal olunmuş ərazilər bir kiçik kənddən ibarət deyil, yüzlərlə və bəlkə də minlərlə kənddən ibarətdir…
Hətta onu da başa düşürəm ki, kiçik bir uğurla olsa da, insanlara nikbinlik və qələbə ruhu aşılanmalıdır. Bunu da başa düşürəm. Amma adam bunun davamını gözləyir. Axı, bir gör, nə qədər vaxt keçibdir! Nə az, nə də çox – düz 24 il…
Bu 24 ildə nə qədər vəd eşitdik? Nə qədər “Qarabağ bu gün-sabah qaytarılacaq!” dedilər. Biz də səbr etdik və gözlədik. Amma əvəzində nə gördük? Kiiçik kəndin bərpasını böyük qayıdış kimi qələmə verilməsini…
O QƏDƏR LAVROV DEDİLƏR Kİ…
Mən illərlə deyilən sözləri,verilən vədləri bir tərəfə qoyuram. Ötən yaz dedilər ki, artıq məsələ həll olunub, bu dəfə hər şey həll olunacaq. Hətta o qədər “Lavrov– Putin planı” dedilər ki, yatanda yuxumuzda da V.Putini və S.Lavrovu görürdük.
Amma tez bir zamanda bəlli oldu ki, bütün bunlar sabun köpüyü imiş. Hətta “böyük sülh planı”nın “memar”ı kimi qələmə verilən S.Lavrov bir gün bildirdi ki, Qarabağ problemi heç də Bakının daxili işi deyildir!..
Bəs rəsmi Bakının buna siyasi – diplomatik münasibəti, cavabı necə oldu? Nə dedilər, nə etdilər? Təsəvvür edin, Rusiyanın xarici işlər naziri S.Lavrovdan daha çox ona mətbuat konfransında sual verən jurnalist qınandı!Guya ki, məhz o, Rusiyanın baş diplomatını bu sözləri deməyə vadar edibmiş…
Qərəz, beləcə daha bir siyasi serial başa çatdı. Daha “böyük sülh planı”ndan danışan yoxdur. Əvəzində hər gün Qarabağda, ümumiyyətlə, Ermənistanlasərhəddə gərginlik yaşanması, döyüşlərin getdiyi bəlli olur.
Üstəlik,daha bir Qarabağ vədinin sabun köpüyünə çevrilməsinə görə özünü suçlu sayanlar da yoxdur. Heç bir şey olmamış kimi, hakimiyyətöz səlahiyyət sferasını genişləndirməkdə və bir az da möhkəmlənməkdə davam edir. Sanki bütün problemlər həll edilib, Qarabağ da azad olub…
RUSİYA SİYASƏTİNİN DOLANBACLARI…
Bu da azmış kimi, Rusiya ilə münasibətlərinin ən yüksək səviyyədə olduğunu deyirlər. Yox, buna da şübhə etmirik, Rusiya həqiqətən də “dost” və “strateji müttəfiq”dir. Gəl, daha çox kimin dostudur? Məsələ də elə bundadır…
Təbii ki, insanları bir sualda çox düşündürür: bəs görən, bütün bunların sonu necə olacaqdır?
Lap əvvəlki illərdəki kimi olmasa da, bir azacıq seyrəlsə də,hər bir halda,əsgər itkiləri hələ də davam edir.
Ermənistan tez–tez döyüş bölgələrində vəziyyəti gərginləşdirir və Azərbaycan da cavab tədbirləri həyata keçirməli olur.Prinsipcə, bu cür cavab tədbirləri torpaqların qaytarılması üçün ciddi bir fürsət ola bilərdi. Amma ötən ilin aprel döyüşlərindəkiilk kiçik, fəqət,olduqca önəmli olanhərbi uğurları nəzərə almasaq, torpaqlarqayıtmır…
Təəssüf,sakitləşdirici, təskinlik verə bilən hər hansı bir söz də deyə bilmirik. Ona görə ki, indi Ermənistandaparlament seçkisi ilidir. Bu isə o deməkdir ki, qeyri – müəyyən vəziyyətdir və Yerevanla Bakını sülh masası arxasında oturtmaq haqqında düşünməyə belə dəyməz.
Üstəlik, belə qeyri–müəyyən hal hələ bir müddət də qalacaqdır – parlamentdən sonra prezident seçkisi olacaq. Amma Ermənistanın siyasəti yalnız bu cür siyasi epizodların təsiri altında formalaşırmı? Təbii ki, yox. Baxın, indiyədək bu ölkədə bir neçə hakimiyyət dəyişib və o tam şəkildə parlament respublikasına çevriləndən sonra daha çox dəyişəcək və daha qarmaqarışıq olacaqdır…
Amma dəyişməyən bir məsələ var – bu da ermənilərin Dağlıq Qarabağ siyasətidir, onların Azərbaycanaolan münasibətidir…
Bir daha deyirik ki, buradacari siyasi məqsədlər də var. İndiki Ermənistan rəhbərliyi öz cəmiyyətinin gözündə xal qazanmaq üçün mütəmadi olaraq hərbi təxribatlara əl atır və bu yolla da cəmiyyətin diqqətini digər daxili problemlərdən yayındırmağa çalışır.
Yaxın gələcəkdə də ciddiperspektiv görünmür.Təəssüf, Rusiya üçün geniş meydanaçılması hələ də davam edir vəindiyədək Qərb dediyimiz “siyasi areal” hazırdaqınına çəkilmiş kimi görünür. Rusiyanı az da olsa, cilovlamaq cəhdləri sezilmir.
Düzdür, Rusiya Azərbaycanı ən azı bir məsələdə-müstəqil dövlət kimi başa düşmüş görünür. Məsələn, fevralda ABŞ və Rusiya silahlı qüvvələrinin başçılarının görüşü üçün Bakının seçilməsi bir daha belə bir detalı göstərdi ki, ruslar da Azərbaycanı neytral, həm Qərbdən, həm də , Rusiyadan bərabər siyasi müstəvidə olan ölkə kimi qəbul edirlər.
Düzdür, bir də görürsən ki, Rusiyada kimsə “bütün Qafqazı quberniyalara böləcəklərini” deyir, başqa birisi isə “Dumanın növbəti iclasını Bakıda keçirməyi təklif edir”, amma üstün rəsmi münasibət hələ budur ki, Rusiya çətinliklə olsa da, Azərbaycanın müstəqilliyini qəbul edir. Əslində bunun özü də az iş deyil. Özünüz də görürsünüz ki, bu ölkəhələ də Ukraynanın tam müstəqilliyilə barışmaq istəmir…
Amma bununla belə Qarabağı Azərabaycana qaytarmaq da istəmirlər, çünki bu problem bizim ayağımızda bir buxovdur və Rusiya onu o tərəf–bu tərəfə çəkməklə Bakının siyasətinə təsir edə, onu nəzarətdə saxlaya bilir.
ƏGƏR İNSANLAR İSRARLA NƏYİSƏ İSTƏYİRSƏ…
Beləvəziyyətdə nə ola bilərdi? Təbii ki, yaxşı heç nə… Ammabütün bunlar “Nə edək? Məsələ bizdənasılı deyildir!” deyərək arxayınlaşmaq üçün əsas və yaxud da kimlərəsə toxunulmazlıq immuniteti vermir. Düzdür, on illərdir, digər bölgələrdəki– Gürcüstandakı və Moldovodakı problemlər də həll olunmayıb. Amma kiGürcüstan və yaxud Moldovoda indiyədəksiyasi palitra nə qədərdəyişib!..
Bizsə özümüzü elə aparırıq ki, sanki Qarabağ probleminin həll edilməməsi heç bir halda siyasi qınaq predmeti deyildir və cəmiyyət bunun hesabını heç kimdən sormamalıdır…
Elə bu səbəbdən də vəziyyət gərgin və bir az da ümidsiz olaraq qalır. Düşünürsən ki, bəlkə hansısa təsadüf nəticəsində nəsə ola bilər. Fəqət, dərhal da ağlına gəlir ki, təsadüfən heç dovşanlar da doğulmur…
Amma diqqət çəkən detallardan biri də budur ki, diplomatların bu vaxta qədərki gözləntilərinin əksinə olaraq problemin siyasi həllini tapmaq hələ mümkün olmayıb. ƏvəzindəAzərbaycanda problemin hərb yolu ilə çözülməsinin tərəfdarları günbəgün artır…
Bu da çox, olduqca əlamətdardır. Bir tərəfdəno, insanların özünə inamının artmasının göstəricisidir. Digər tərəfdən də bir daha nümayiş etdirir ki, azərbaycanlılarheç bir halda Qarabağı itirmək haqqında və ya onu “güzəşt” etmək barədə fikirləşmirlər.
Elə bir ümidverici detal varsa, o da məhz elə budur-əgər insanlar israrla nəyisə istəyirlərsə gec- tez ona çatırlar…