Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan bildirib ki, sabah sentyabrın 23-nə BMT-nin Baş Assambleyası çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
Bu barədə məlumatı Ermənistan KİV-ləri yayıb. Nalbandyan deyib ki, görüşün gündəliyində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili və həmçinin Minsk qrupu həmsədrlərinin regiona səfərinin qrafiki var.