Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Hadisə İnsan haqları Siyasət

Xədicə Eyvazovanın atası dünyasını dəyişdi

Redaksiyamıza məlumat verən, Azərbaycan İnsan Hüquq və Azadlıqlarının Müdafiə Komitəsinin sədr müavini  Xədicə Eyvazova atalığı Çingiz Əliyevin  20 sentyabr 2015-ci il tarixdə dünyasını dəyişdiyini bildirdi.  X.Eyvazova bildirir ki, Ç.Əliyev onun bioloji atası olmasa da, anası Mehriban Əliyevayla ailə həyatı qurduqdan sonra sözün həqiqi mənasında ona atalıq edib. X.Eyvazovanın bildirdiyinə görə atası Ç.Əliyev vəfat etməmişdən öncə Polis İdarəsində olub.

X.Eyvazova bildirib ki, atasının polis idarəsinə çağrılması onun ictimai-siyasi fəaliyyəti ilə bağlıdır. Belə ki, ictimai aktiv olan Xədicə xanımı

n tənqidi fikirləri hakimiyyətdə təmsil olunan məmurlar tərəfindən düşmənçlik kimi qəbul edilir.

Alternativ fikri susudurmaq üçün  fəalların yaxınlarına təzyiq göstərmək hakimiyyətin əsas qisasçılıq metodu olmaqda davam edir. X.Eyvazova vəziyyətlə bağlı  yalnız bunları dedi: “Atam mənim mübarizəmin qurbanı oldu”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir