Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Kanal13 Tv-nin jurnalistinin ailəsinə təzyiq olunur

Kanal13 tv nin jurnalisti Teymur Kərimovun ailəsinə basqılar davam edir.

liderpress.az bildirir ki, dünən səhər Saatlarında Kanal-13 tv -nin jurnalisti Teymur Kərimovun Bakıda və Tərtərdəki evlərinə polis əməkdaşları getmiş, Bakidaki evində heç kim yaşamadığından Tərtər rayon polis idarəsinin əməkdaşları onun atasının yaşadığı Bəyimsarov kəndindəki evinə gedərək Teymur Kərimovun həyat yoldaşını və uşaqlarını adlarını soyadlarını soruşmuş, həmdə Teymurun ailə həyatı qurmuş bacısını və onun həyat yoldaşının ad soyadını qeyd edərək xəbərdarlıq etmişlər.
Bildirmişlər ki, Teymur Kərimov çıxışlarını öz faliyyətini Facebookdakı yazılarını davam etdirsə sizin heç birinizə yaxşı olmayacaq. Həmin hadisənin səhəri günü bu gün Teymur Kərimovun dayısı Yaşar Məmmədova Kəlbəcər rayon İcra Hakimyyətinin müavini tərəfindən zəng olunmuş və bildirmişlər ki Teymur Kərimov ya Azərbaycana geri dönməlidir yada ailəsinin və uşaqlarının üzünü bir daha görməyəcəkdir. Bununlada dayanmayan Polis və İcra strukturları Teymur Kərimovunqaynı İlkin Namazlını sabah saat 10 Tərtər polis idarəsinə çağrıblar.
Teymur Kərimov bildirir ki, ona qarşı basqılar onunun Facebook səhvəsində tənqidi fikirlərinə və youtubda yerləşən FreedomAZTV kanalına görədir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir