Petisiyanı imzalayanlar onun bütün əmlakının əlindən alınmasını tələb edirlər
Milyarder Corc Sorosun terrorçu elan olunması və bütün əmlakının əlindən alınması ilə bağlı Ağ evin saytında yaradılan petisiyanı 100 mindən çox adam imzalayıb.
TASS xəbər verir ki, Ağ evin ixtisaslaşmış veb-platformasının məlumatları bu həddə dünən çatıldığını göstərir.
Administartasiyanın sənədə reaksiya verməsi üçün məhz 100 min imza həddi müəyyənləşdirilib.
“Corc Sorosun qəsdən və daimi əsasda qeyri-sabitlik yaratmağa və ya Birləşmiş Ştatlara və onun vətəndaşlarına qarşı başqa zorakılıq aktları tətbiq etməyə cəhd göstərdiyini nəzərə alaraq, ABŞ-ın federal hökuməti və Ədliyyə Nazirliyi dərhal Corc Sorosu və onun təşkilatının bütün üzvlərini terrorçu elan edib, qanun çərçivəsində onun və onun strukturlarının bütün aktivlərini əlindən almalıdır”, – petisiyanın mətnində deyilir.
Qeyd edək ki, C.Soros “Soros Fund Management” Fondunun təsisçisidir və dünyanın ən zəngin insanları sırasında yer alır. “Forbes” onun var-dövlətini 25 milyard dollar səviyyəsində qiymətləndirir.