Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Goranboyda sərxoş sürücü xəstəxananın pəncərələrini qırdı

Goranboy rayon Mərkəzi Xəstəxanasında sərxoş şəxsin iştirakı ilə insident yaşanıb.
“ARB 24”ün məlumatına görə, Bakı-Qazax magistralında hüquq-mühafizə orqanlarının saxladığı Bakı sakini 34 yaşlı Anar Zeynalov sərxoş olub-olmaması üçün xəstəxanaya gətirilib.
Lakin həmin şəxs tibb müəssisəsində işçilərə etiraz edib və onlarla əlbəyaxa olub. İnsident nəticəsində Anar Zeynalov tibb işçilərinə xəsarət yetirib. Bununla kifayətlənməyən sərxoş sürücü  xəstəxananın pəncərələrini də qırıb. Hadisə yerinə dərhal polis çağırılıb. Anar Zeynalovun ağır dərəcəli sərxoş olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir