Ötən gün Azərbaycanda Qurban bayramı qeyd olunub.
ARB TV xəbər verir ki, bayramla əlaqəli olaraq ət kəsim məntəqələrində bəzən natəmiz mənzərə yaranır. Bu mənzərənin günün sonunda da olduğu kimi qalması insanların yediyi bayram ətinin ləzzətini heçə döndərir.
Təbii ki, bu hal bütün məntəqələrə aid deyil. Addımbaşı rast gəlinən kəsim yerlərində xüsusi nəzarət olunmadığından bu yerlərin təmizliyi sahibkar və qəssabların ümidinə qalır.
“Özümüz yığıb aparırıq gedəndə. Elə şey olar? Axşam gedəndə özüm təmizlərtdirib gedəcəyəm. Mədəniyyətimizi göstərməliyik”, – qəssablardan biri deyib.
Bakı Şəhər Baytarlıq İdarəsinin Müfəttişlik şöbəsinin müdiri Zahid Nəsibli isə bildirib ki, bu ərazilərin təmizliyinin qorunması sahibkarların işidir.
Belə görünür ki, ümid həmin sahibkarlara qalır. İnanırıq ki, əraziyə məsul aidiyyəti orqanlar bayram ətinin ləzzətli qoxusunun küçələrdəki natəmizlik iyinə qarışmasına imkan verməyəcəklər.