Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm Hadisə

Siyasi mühacir Məmməd Qurbanovun həyat yoldaşı polisə aparıldı

Naxçıvandan Almaniyaya siyasi mühacir kimi gəlmiş, 2011-2013-cü illərdə Naxçıvanda Vasif Talıbov və Əhməd Əhmədov tərəfindən ağır işgəncələr görmüş Məmməd Qurbanovunhəyat yoldaşı Fəridə Qurbanova bu gün Polis Əməkdaşları tərəfindən aparılmışlar. Qeyri-rəsmi məlumata görə F.Qurbanovanı aparanlar Banditizəmə və Terrorizmə Qarşı Mübarizə İdarəsinin əməkdaşları olub.

Məlumatı verən siyasi mühacir M.Qurbanov bildirir ki, baş verənlər onun ictimai fəaliyyətilə bağlıdır: “Həyat yoldaşımdan və digər ailə üzvlərimdən bir tələb var. Mən siyasi fəaliyyətimi dayandırım. İlham Əliyevin və Vasif Talıbovun diktatura rejimi haqqında danışmayım”.

Məmməd Qurbanov bildirir ki, bu gün həyat yoldaşının polisə aparılması onun 6 fevral 2018-ci ildə Berlin mitinqində iştirakıyla bağlıdır. “Əslində mən öz fikirlərimi son dövrlər daha az yazıram. Çünki, dəfələrlə facebook hesabım bağlanılmışdır. Bu o deməkdir ki, həyat yoldaşımın polisə aparılması Berlin mitinqində mənim və siyasi mühacir olan kürəkənim Nadir Məmmədovun iştirakıyla və Almaniyanın Xarici İşlər Nazirliyinin qarşısında Heydər Əliyevin şəkli olan plakatın aşırılmasıyla bağlıdır”.

M.Qurbanov siyasi təzyiqlərə görə qohumlarıyla əlaqələrinin kəsildiyini də bildirdi: “Bəzi qohumlarımız bizdən imtina etməyə məcbur olublar. Ailə üzvlərimlə də normal əlaqə saxlaya bilmirəm. Onlar hətta telefonda belə mənimlə danışmağa qorxurlar”.

Məmməd Qurbanov sonda onu bildirdi ki: “60 yaşlı, şəkər xəstəsi olan həyat yoldaşıma bildiriblər ki, onu narkotika adıyla həbs edəcəklər. Bu siyasi hakimiyyətin əsl gerçək üzünü göstərir. Çünki, hamı bilir ki, nə Qiyas İbrahimov, nə Bayram Məmmədov, nə də həbsdə olan digər gənclər narkotika ilə bağlı adamlar deyillər”.

Memmed_qurbanov

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir