Adnan Oktardan onu hədəfə alan Diyanət İşləri rəhbərinə cavab gəldi: “Ali Erbaş “inşaAllah, maşaAllah” sözlərindən narahat olur?”- VİDEO
Qəzet və televiziyaların Ankara təmsilçiləri ilə Diyanət İşləri Rəhbərliyində görüşdüyü iclasda gündəmə dair şərhlər verən Diyanət İşləri rəhbəri prof. dr. Ali Erbaş Adnan Oktar haqqında diqqətçəkən şərhlər verib.
Adnan Oktar haqqında: “inşaAllah və maşaAllahlar havada uçur, bəzi dini rəylər verir və orada rəqqasə oynadırsan. Belə şey olar? Ağlı tamamilə gedib,”- deyən prof. dr. Ali Erbaşa Adnan Oktardan və “Teknik ve Bilim Araştırma” təşkilatının sədri Tarkan Yavaşdan açıqlama gəlib. Adnan Oktar onu hədəfə alan prof. dr. Ali Erbaşa canlı yayımda cavab verib. Həmin açıqlama budur:
VİDEO
Tarkan Yavaş “İnşaAllah” və “maşaAllah” sözlərinin işlədilməsinin Qurani-kərimin əmri olduğunu bildirib. T. Yavaş: “Ali Erbaşın bu sözlərin çox işlədilməsindən narahat olması Quran əxlaqına ziddir.” – deyib.
Bundan əlavə, açıqlamada bu sözlərə yer verilib:Diyanət İşləri rəhbəri Ali Erbaş qəzet, televiziya və KİV agentliklərinin Ankara təmsilçiləri ilə səhər yeməyində görüşüblər. Bəzi mətbuat orqanlarının 31.01.2018-ci il tarixli xəbərlərində də əks olunmuş bu iclasda Ali Erbaş “Teknik Bilim Araştırma” təşkilatının fəxri rəhbəri cənab Adnan Oktar haqqında məqsədini aşan həqiqətdənkənar ittihamlar və əsassız tənqidi fikirlər irəli sürmüşdür.
BİRİNCİ ƏSASSIZ İDDİA: Ali Erbaş cənab Adnan Oktarın keçmişdə guya Atatürkü təhqir etdiyinə görə həbs olunduğunu iddia etmişdir. Bu iddianın hər sözü əsassızdır. Cənab Adnan Oktar haqqında bu günə qədər Atatürkü təhqir etməyə görə ittihamedici hökm olmayıb, eləcə də həbs olunduğu iddiası tamamilə həqiqətdənkənardır. Cənab Adnan Oktarın heç bir məhkumluğu yoxdur.Yol hərəkəti qaydalarını pozma cəzası belə yoxdur. Ali Erbaşın bu iddiasının əsassız olduğunu ədliyyə protokollarından da asanlıqla müəyyən etmək mümkündür.
İKİNCİ ƏSASSIZ İDDİA:Ali Erbaş cənab Adnan Oktarın “Yəhudilik və masonluq” adlı kitab yazdığını və yəhudiləri təhqir etdiyinə görə həbs olunduğunu irəli sürmüşdür. Ali Erbaşın bu iddiası da birincisi kimi uydurmadır. Cənab Adnan Oktarın “Yəhudilik və masonluq” adlı kitabı yazdığı doğrudur, ancaq yəhudiləri təhqir etdiyinə görə həbs olunduğu iddiası əsassızdır. Türkiyə Cinayət Məcəlləsində “yəhudiləri təhqir etmə” adlı cinayət dəyoxdur. Ali Erbaşın bu iddiasının əsassız olduğu da ədliyyə protokollarından müəyyən edilə bilər.
ÜÇÜNCÜ ƏSASSIZ İDDİA: Ali Erbaş cənab Adnan Oktarın ruhi vəziyyətinin normal olmadığını irəli sürmüşdür. Əvvəla, Ali Erbaşın hansı əsasla bunu dediyi bizə maraqlıdır. Sadəcə ilahiyyat təhsili almış bir şəxsin həyatında əsla görüşmədiyi bir insan haqqında bu cür ekspert rəyi verməsinin heç bir əsası yoxdur. Bundan əlavə, Ali Erbaşın bu ittihamı 4 ayrı dövlət xəstəxanasının heyət rəyi, öz sahəsində ixtisaslaşmış, tanınmış psixiatriya üzrə professorların 20 ayrı rəyi və Gülhanə Hərbi Tibb Akademiyasının 19.08.2000-ci il tarixli rəyi ilə qəti təkzib olunur. Bu rəylərdə cənab Adnan Oktarın ruhi və fiziki cəhətdən tam sağlam olduğu açıq-aydın qeyd olunmuşdur. Tibb sahəsində heç bir təhsili, biliyi, məlumatı olmayan Ali Erbaşın səlahiyyətlərini və etika həddini aşaraq cənab Adnan Oktarın şəxsiyyət hüquqlarını səviyyəyə uyğun olmayan bu cür sözlərlə pozmağa çalışması ədəbə uyğun deyil.
Bundan əlavə, cənab Adnan Oktar dünya səviyyəsində milyonlarla oxucusu olan, 73 dilə tərcümə edilmiş 300-dən çox kitabın müəllifidir. Bu kitablar 100-dən çox ölkədə kitab mağazalarında satışdadır və 30 milyondan çox kitabı satılmışdır. Əsərləri və izahları əsasında hazırlanmış 5000-dən çox konfrans verilmişdir. Çoxlu sayda akademik, siyasətçi və elm adamı bu konfranslarda iştirak etmişdir.
DÖRDÜNCÜ ƏSASSIZ İDDİA: Ali Erbaş cənab Adnan Oktarın A9TV-də qonaq kimi iştirak etdiyi televiziya proqramında “inşaAllah” və “maşaAllah” sözlərinin çox işlədilməsini tənqid etmişdir. Bir ilahiyyatçının belə tənqid etməsi çox düşündürücüdür. Çünki “inşaAllah” və “maşaAllah” sözlərinin çox işlədilməsi Qurani-kərimin əmridir. Kəhf surəsinin 24-cü ayəsində möminlərin “inşaAllah” deməsi, həmin surənin 39-cu ayəsində də “maşaAllah” deməsi əmr edilmişdir. Ona görə Ali Erbaşın bu sözlərin çox işlədilməsindən narahat olması Quran əxlaqına ziddir.
BEŞİNCİ ƏSASSIZ İDDİA:Ali Erbaş A9TV-də rəqs və əyləncə ilə birlikdə dini mövzuların danışılmasından narahat olduğunu bildirmişdir. Halbuki rəqs və əyləncənin olduğu mühitdə dini mövzulardan danışılmasını və ya Qurani-kərim oxunmasını qadağan edən heç bir hüquqi, dini və əxlaqi qayda-qanun yoxdur. Quranda onun fikrini təsdiqləyən heç bir ayə yoxdur. 99%-i müsəlman olan ölkəmizin böyük əksəriyyəti əyləncə yerlərinə, diskotekalara və rəqs salonlarına gedir, bu məkanlarda da Allahın adını çəkirlər. Türkiyə Cümhuriyyətinin vətəndaşlarının böyük əksəriyyətinin əyləncə yerlərinə getdiklərinə görə dindən uzaq olduqlarını demək Qurana heç cür uyğun deyil. Cənab Adnan Oktar da cəmiyyətdə hər kateqoriyadan olan insanındindar olmasının və dindar hesab edilməsinin qarşısında heç bir maneə olmadığını canlı yayımları ilə göstərir.
ALTINCI ƏSASSIZ İDDİA: Ali Erbaş öz dini düşüncəsindən fərqli dini inancları və izahları “fitnə” adlandırmışdır. Bu, həm hüquqi, həm dini, həm də ictimai cəhətdən çox yanlışdır.Hüquqi cəhətdən yanlışdır, çünki Konstitusiya təminatı altında olan və dövlətin inanclara müdaxilə etməməsini əmr edən dünyəvilik prinsipinə tamamilə ziddir. Dini cəhətdən yanlışdır, çünki Qurani-kərim “Dində məcburiyyət yoxdur” ayəsi ilə və digər dini inanclara azadlıq hüququ verən ayələri ilə dini düşüncə fərqlərinə müdaxilə etməyi qadağan edir. İctimai cəhətdən yanlışdır, çünki ölkəmizdə ələvilər, şiələr, xristianlar, yəhudilər, yezidilər və daha bir çox dini inanca mənsub qruplar yaşayır. Ölkəmizin böyük zənginliyi olan bu inanc çeşidliliyini “fitnə” adlandırmaq, onlara təzyiq göstərməyə və assimilyasiya etməyə çalışmaq ölkəmizdəki birlik və bərabərliyə böyük zərbə vura bilər.
NƏTİCƏ ETİBARİLƏ, təşkilatımızın fəxri rəhbəri cənab Adnan Oktar dövlətimizin unitar quruluşunu qorumağa xidmət edən fəaliyyətləri, PKK, FETÖ, DEAŞ terror təşkilatları ilə ingilis dərin dövləti kimi pis niyyətli təşkilatlanmalara qarşı apardığı qətiyyətli ideoloji mübarizəsi ilə tanınır.
Ali Erbaşın cənab Adnan Oktar haqqındakı bütün açıqlamaları əsassız olduğu kimi, tənqidlərinin də hüquqi, dini və əxlaqi istinadı yoxdur. Diyanət İşləri rəhbəri olan bir şəxsin böhtan xarakterli əsassız məlumatlara əsaslanaraq ictimaiyyəti yanlış məlumatlandırması dövlət etikasına da ziddir və şəxsin dərhal üzr istəməsi tələb olunur.
İctimaiyyətin nəzərinə təqdim edirik.