Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm İctimai İnsan haqları Müsahibə

Xalq da düşünür ki, rüşvət sisteminə Ramil usubov başçılıq edir

İctimai fəal, daim polis strukturlarında baş verən neqativlərlə bağlı maraqlı açıqlamalar verən Elvin Məmiyev müxbirimizlə söhbətində gördüklərini şərh etdi:

-Elvin bəy, polislərin peşə günüdür. Bu gün polis strukturlarında çalışan əməkdaşların fəaliyyətini necə qiymətləndirmək olar? – Əvvəla, peşə bayramı münasibətilə mən bütün polisləri təbrik edirəm və onlara qanun çərçivəsində fəaliyyət göstərməyi arzulayıram. Mənim tənqidi fikirlərim polis əməkdaşlarına qarşı deyil. Polis sistemində baş verən özbaşınalıqlar və korrupsiya halarıyla bağlıdır. Bu fikirdən hansısa polis zabiri, ya da əməkdaşı narahatçılıq keçirirsə zəhmət çəksin qanun çərçivəsində fəaliyyət göstərsin. Bundan savayı bu gün polis orqanlarında baş verənlərin kökü hansısa polis nəfəri deyil, onların rəhbərləri və siyasi sistemin günahlarıdır. Bu gün demokratik ölkələdə fərqli olaraq Azərbaycan polisinin heç bir fəaliyyəti azad və şəffaf deyil. Bura polis strukturunun maddi-texniki bazasından tutumuş vətəndaşlara göstərilən xidmətlərlə bağlıdır.

O zaman bəlkə detallı danışasınız? – Təkcə yol polisi sistemində baş verənlərdən danışmaq məncə kifayət edər ki, mənimlə razılaşasınız. Bütün Azərbaycan bilir ki, sürücülük vəsiqəsi satılır, özü də kütləvi şəkildə. Avtomobillərin texniki baxışdan keçirilməsi rüşvətlə əmələ gəlir. Avtomobillərin alqı-satqısı zamanı yol polisi strukturundan keçən prosedur rüşvətsiz baş vermir. İnzibati cəzaya məruz qalan sürücülər bu işi rüşvət vasitəsilə həll edirlər. Cərimə meydançalarından maşınların çıxarılması da rüşvətlə əmələ gəlir. Bütün bunların özəlliyi və fəqliliyi ondadır ki, bunlar bütün xalqın, hökumətin, mətbuatın gözü qarşısında baş verir. Deməli, bütün bu baş verənlərdən siyasi hakimiyyətin xəbəri var. Heç bir deputat bu barədə danışmır. Ona görə də xalq arasında belə söhbər gəzir ki, baş verənlərə şəxsən Ramil Usubov özü nəzarət dir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir