Müsahibimiz ictimai – siyasi fəal Lamiyyə Əhmədovadır.
-Lamiyyə xanim ictimai-siyasi mübarizənizin önündə nə durur? – Bilirsiniz, bizim kimi cəmiyyətlərdə, qadının ictimai-siyasi fəaliyyətlə məşğul olması çətin məsələdir. Kişilər qadınlarını ancaq mətbəxtdə görmək istəyirlər. Bu baxımdan qadınların ictimai aktivliyi hər zaman ziddiyyət yaradır. Kişi cəmyyətin qınaq obyektinə çevrilir. Lakin mənim həyat yoldaşım Elğün Əhmədov tam fərqlidir. O, mənə hər zaman dəstək dürür. Siyasi mübarizə və ədalətziliyə qarşı etriaz etmək həm də vicdan borcudur. İnsan ailəsi ilə yanaşı, həm də cəmiyyət üçün faydalı olmalıdır. Bu bizim dinimizdə də öz əksini tapıb. İnsan ədalətsizliyə qarşı susduqca, müqqədəs hisslərdən məhrum olur. Mən belə düşünürəm. Hesab edirəm ki, insan cəmiyyətin aktiv üzvü olmaldır.
-Bizdə olan məlumata görə müsəlmansız və ibadət edirsiniz. Lakin yoldaşınız başqa dinin dasyicsidir. Bu Sizə hər hansı məhdudiyyət yaratmır ki? – Bu bizim ətrafimızda daim müzakirə olunan mübahisəli məsələdir. Mən hər zaman qınaq obyektinə çevrilirəm. İnsanlar bəzən mənim bu addımıma görə təzyiq edirlər. Hətta dinsiz belə deyənlər var. Amma mən öz ibadətimi edirəm, qarşımda olan bütün digər dinlərin daşyıcısı olan insanlara hörmətlə yanaşıram. Xiristianlıq və yəhudilik allahın yaratdığı dinlərdir. Səmimi etiraf edim ki, təzyiqlər kifayət qədərdir. Nəzərə alsaq ki, azərbaycanda dini cəryanlar çoxluq təşkil edir. Ölkədə dini qruplaşmaların, cərəyanların və radikalızimin artdığı bir dövrdə müsəlman qadının xristianla ailə qurması hər zaman risklidir. Nəzərə alsaq ki, mən düşüncə və əqidəcə bu hakimiyətə müxalif insanam, o zaman bunun nə qədər riskli olmasını aydın görmək olar.
– Lamiyyə xanim, Sizin şəxsi inancınızın hökumətə tərs düşən tərəfi nədədir? – Azərbaycanda hakimiyyət kişi cinisinə məxsus olan siyasi aktiv insanlara qarşı ənənəvi metodlarından istifadə edə bilirlər. Məsələn, narkotik maddələrin qanunsuz dövriyyəsi və istifadəsi, qanunsuz silah saxlama, dövlət əleyhinə fəaliyyət və sair. Lakin qadınlara bu metodu hələki tətbiq etmirlər. Qadın aktivsitləri ancaq susudurmaq üçün qəddar rejim sahibləri “əxlaqsız” qaydalara əl atırlar. Məsələn insan alveri, əxlaqsızlıq, və sair məsələlərdə ittiham edirlər. Mənim məsələm bir az fərqlidir. Son dövrlərdə solsial şəbəkələrdə və mediada aktiv şəkildə tənqid etməyim, hakimiyyəti daha da aqressivləşdirib. Yaşadığım ərazidə kifayət qədər narkotik istifadəçiləri və tüfeyli həyat keçirən insanlar var. Sahə müvvəkilinin “göstərişi” ilə mənə qarşı kobud davranırlar. Dəfələrlə olub ki, yoldaşımla gəldikdə və ya yoldaşım tək olduqda ona qarşı nalayiq sözlər işlədiblər. Yoldaşımın xristian olması hər zaman mənə təzyiq kimi istifadə olunur.
– Lamiyyə xanım sirr deyilsə deyə bilərsiniz.…-Mən sadəcə əskəriyyətini ifadə etməyə utanıram. Amma bir neçəsini ümumi şəkildə ifadə edərəm. “Dinsiz” “abırsız”, “əqidəsini dəyişən” “Kafir” və sair. Doğurusu bəzən yoldaşım cəhd edib ki, onlarla dalaşsın. Mən xahiş etmişəm ki, böş vermək lazimdir. Bu adamlar artıq insanlıq hisslərini itirmiş və narkotikdən asılı həyat tərzi keçirən insanlardır. Onlara reaksiya vemrək nəticəsiz iş olacaq. Bəzən onların bu nalayiq hərkətini bu asılılığıa görə qınamıram. Çünki, bu insanlar narkotikdən asılı olan insanlardır, özünüidarəni itiriblər. Bundan başqa hər zaman buna görə həbs olunma təhlükəsi, onları polisdən və yerli icra orqanlarından asılı vəziyyətə salıb. Onlar bunu etmədiyi təqdirdə həbs olunması riski ilə üzləşirlər. Bildiyim bir şey var. Allah insanı ancaq vicdanına görə qiymətləndirir. Dini seçim insanın Allah tərəfindən ona verilən haqqıdır.. Mənim qənaətimə görə, sevgi ruhula bağlı məsələdir, onu dinlə imtahana çəkmək lazım deyil.