Yenifakt.info

Müstəqil xəbərlər portalı

Müsahibə

Keçmiş XİN başçısı Elmar Məmmədyarovu tənqid edib

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov öz Facebook səhifəsində hazırki XİN başçısı Elmar Məmmədyarovu RF XİN başçısı Sergey Lavrovun ifadələri qarşısında zəif mövqeyinə görə tənqid edib.

“Mətbuat konfransı iştirakçılarından kimsə Azərbaycanın mövqeyini təmsil etsəydi, yəqin ki, bizim üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə riayət olunmadan Ermənistan-Azərbaycan münaqişəsinin həllinin qəbuledilməz olduğunu deməyə məcbur idi.

Maraqlıdır, Məmmədyarov Cenevrədən sonra prezidentin bir daha bəyan etdiyi mövqeyi niyə səsləndirməyib?”, deyə Zülfüqarov Azərbaycan XİN başçısının Lavrovun fikirləri qarşısında susmasından narazılığını bildirib.

“Yeri gəlmişkən, Azərbaycanın gələcək diplomatları Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini itirdiyini deyən S.Lavrovdan faydalı nə eşidə bilərdilər? Azərbaycan tərəfindən səfər proqramını kim hazırlayıb və ümumiyyətlə, bu mühazirə nəyə lazım idi?”, deyə sabiq nazir Lavrovun ADA universitetində anti-Qərb çıxışını şərh edərkən bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir