Yenifakt.info

Müstəqil xəbərlər portalı

Müsahibə

Tanınmış psixoloq: ” Maştağa dəlixanasındakıların çoxunu cin vurub”

Media-fakt.info tanınmış həkim-psixoterapevt Paşa Yaqubun mövcud vəziyyətlə bağlı Millixəbər.az-a açıqlamasını təqdim edir:

-Paşa müəllim, nece oldu ki, psixoloq olmaq qərarına gəldiniz?

– Mənim bu sahəyə marağım gənclik illərimdən yaranıb. Bu vaxta qədər bir çox elmi kitablar yazmışam. Amma bu elmin əsasını mənə yuxuda verdilər. Ondan sonra insanlara yardım etməyə başladım.

– Heç bir universitet bitirmədən?

 – Bitirmişəm. Bu elmin sirlərinə yiyələndikcə, daha da təkmilləşmək üçün universiteti psixolojiya sahəsi üzrə bitirdim. Artıq bir neçə ildir ki, xəstələri qəbul edib, onlara köməklik göstərməyə çalışıram.

– Pasientləriniz ən çox nədən şikayətlənir?

 – Əsəb xəstəliyindən. Son zamanlar əsəb gərginliyi və stress geniş yayılıb. Biz də öz növbəmizdə calışırıq ki, əlimizdən gələni edək

Son zamanlar gənclərin intihar halları çoxalıb. Bəs bunu nə ilə əlaqələndirirsiniz?

– Mən bunların hamısının ətrafdakı şər və neqativ qüvvələrin təsiri ilə baş verdiyinə əminəm. Həmin metafizik qüvvələr insanların beyninə sanki bir siqnal göndərir ki, özünü öldür! Bir növ, canından bezdirir. Bunun nəticəsində insanlar, xüsusən də gənclər intihar edirlər.

– Metafizik qüvvələr dediniz. Yəni, cinlər..?

– Bəli, məhz cinlər. Bu varlıqlar insanların şüuraltına sanki bir virus kimi siraət edirlər. İnsanları azdırırlar, fikirlərini qarışdırırlar.

– Bu, cadu ilə baş verir?

– Əksər hallarda cadu ilə olur. Şər qüvvələr ya cadu vasitəsilə, ya da ki, özləri gəlib insanlara müsəllət olurlar.

– Sizin kimi düşünən psixoloq mində birdir. Axı, elm belə şeyləri xürafat adlandırır…

– Onların şəxsi işidir. Mən heç kimi inandırmağa məcbur deyiləm. Amma sizi inamdırım ki, psixoloqların doxsan faizi bu dediyim məqamları qəbul edir, lakin gizlədirlər. Baxsan, özləri dəfələrlə ekstrassenslərə müraciət edib.

– Belə çıxır ki, dəlixanada yatanlar “cinvurmuşlardır”?

 – Mən iddia edirəm və sözümün üstündə də dururam ki, dəlixanadakılar psixi xəstə yox, məhz cinlərin qəzəbinə gəlmiş insanlardır. Hətta Maştağa dəlixanasındakıları cin vurub, desək, yanılmarıq.  Fikir verin, onlar öz-özləri ilə danışırlar. Amma əslində onların danışdıqları metafizik varlıqlardır

– Sizin qəbulunuza belə xəstələr gəlirmi?

 – Mənim qəbuluma hər növ insanlar gəlir, hər növ xəstəliklərlə müraciət edirlər. Bayaq da dediyim ki, ən çox əsəb pozuntusu ilə bağlı müraciətlər olur. Mən də bu xəstəlikləri bir seansa arada qaldırıram. Bunu hər kəsə sübut etməyə hazıram. Hətta inanmayanlara dəfələrlə sübut etmişəm.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir