“Respublikaçi Alternativ (ReAl) Hərəkatının həbsdəki lideri İlqar Məmmədova dolayı təzyiqlər var”.
Hərəkatın media üçün yaydığı açıqlamada belə deyilir.
“ReAl-ın Sədri İlqar Məmmədova yaxın məhbuslara qarşı təzyiqlər var. Məhbuslardan Renat Yusubov karserə salınıb. Buna etiraz olaraq Renat Yusubov artıq 19 gündür aclıq elan edib və vəziyyəti ağırdır”, açıqlamada deyilir.
Hərəkat qeyd etdiyi olayın dolayısı ilə İlqar Məmmədova təzyiq olduğunu vurğulayır.
“Məsələnin ciddiliyini nəzərə alaraq İlqar Məmmədov ABŞ-ın, Avropa Birliyinin, Avropa Şurasının və AB üzvü olan dövlətlərin səfirliklərinə məlumat verib və onlarla görüş istəyib”, açıqlamada vurğulanır.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti İ.Məmmədova təzyiqləri təkzib edib. Xidmətdən Turan-a REAL Hərəkatının açıqlamasında adı keçən R. Yusubovun karserə salınmasını təkzib etməyiblər.