Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Qubad İbadoğlu Ədliyyə Nazirliyini məhkəməyə verdi

qubad-ibadogluAzərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyini məhkəməyə verir.

Bu barədə hərəkatın sədr müavini Ellada Məmmədli məlumat verib. O bildirib ki, Ədliyyə Nazirliyi hərəkatın dövlət qeydiyyatı ilə bağlı müraciətinə yenə “yox” deyib: “Nazirlik buna səbəb olaraq hərəkatın nizamnaməsində qəbul, əlavə və dəyişiklik edilməsi qaydasının olmamasını göstərib. Artıq 3-cü dəfə hərəkatın qeydiyyat ilə bağlı sənədlər geri qaytarılır. Məncə bunlar bəhanədir “.

E.Məmmədli qeyd edib ki, Ədliyyə Nazirliyi ilə hərəkatın arasında yaranmış məsələ məhkəmədə həll olunacaq: “Bu məsələ həllini tapmayınca şikayətlər davam edəcək. Hətta Avropa Məhkəməsinə də müraciət edəcəyik”. (AzNews.az)

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir