Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm İnsan haqları Müsahibə Siyasət Xəbərlər

Azərbaycan qeyri demokratik yox, diktatura üsuluyla idarə olunur.

Azərbaycanda insan hüquqlarının pozulması və siyasi məhbusların mövcudluğuylla bağlı Almaniyada yaşayan siyasi aktivist Taryel Əliyev öz fikirlərini bildirdi. O, İlham Əliyevin rejim yaratdığını qeyd etdi: „İlham Əliyev Azərbaycanda əsl polis rejimi yaradıb və bütün tənqidçilər ya həbs edilir, ya da müxtəlif üsullarla susdurulur.  Demək olar ki, hər bir müxalifət nümayəndəsi, ya bir bloger, ya sosial mediada aktiv olan şəxs hər an saxlanıla bilər, həbs edilə, eyni zamanda işgəncə ala bilər.

-Taryel bəy, sizin iddiaya güvənsək, Azərbaycan siyasi hakimiyyəti tənqidçiləri konkret olaraq hansı üsullarla susdurur? – Mən qeyd etdiyim iddiaya görə müxtəlif misallar çəkə bilərəm. Azərbaycan hakimiyyəti ilk növbədə tənqidçiləri həbs etmək, işgəncə vermək və s. üsulundan istifadə edir. Bu zaman yalançı ittihamlar və saxta məhkəmə qərarları ilə bu iş „həll edilir“. Azərbaycanda siyasi aktivlərə, müxalifət nümayəndələrinə  narkotika ittihamı, vergidən yayınma, səlahiyyətdən sui-istifadə, asyaiş və ya pandemiya qaydalarını pozma adıyla  cinayət işləri açılır. Digər bir məşhur metod da var ki, hakimiyyəti zorla dəyişdirməyə çağırış etmək. Elvin İsayev 2019-cu ilin dekabrında Ukraynadan bu adla depoertasiya edilib və həbs edilib. Jurnalist Polad Aslanova isə vətənə xəyanət maddəsilə cinayət işi açılıb. Son dövrlər jurnalist Əfqan Sadıqov, jurnalist Elçin Məmməd də həbs ediliblər. Bundan sonra isə mühacirətdən geri dönmüş Tahir Heydərov (Zəngilan) narkotika maddəsilə  azadlıqdan məhrum edilmişdir. Bu insanların həbsindən sonra onlara qarşı işgəncə verilir, həbsxanalarda hüquüqları pozulur. Bütün Azərbaycanda bilirlər ki, Elvin İsayev ağır işgəncələr görüb, yaxınlarıyla, hətta vəkiliylə görüşməsinə imkan verilməmişdir. Digər bir mühacirətdən qayıtmış Natiq İsbatov isə bir aylıq həbs edildiyi müddətdə ağır işgəncələr görmüşdür. Çünki, o Hollandiyada Orduxan Temirxanın mitinqlərinə qoşulmuşdu. Bütün dediyim hallar sosial mediada və mətbuatda geniş yayılmışdır.

Taryel bəy, insan hüquqlarının pozulmasıyla bağlı başqa hansı hallar var? – Kütləvi toplaşmaqla bağlı hüquqlar həmişə pozulub və indi də davam edir. Biz Almaniyada istənilən vaxt aksiya təşkil edirik. Azərbaycanda sonunsu aksiyaya cəhd 2019-cu ilin yanvarında Əli Kərimli tərəfindən edilmişdi və bütün mitinq iştirakçıları fiziki xəsarət almışdı, və saxlanılmışdı. Tofiq Yaqublunun həbsi, Əfqan Muxtarlının Gürcüstandan oğurlanmasını da qeyd etmək dediklərimin göstəricisidir. Azərbaycan hakimiyyəti rəqiblərinə qarşı şantaj xarakterli addımlar atır. Məsələn Cəmil Həsənlinin qızının, bloger Məhəmməd Mirzəlinin bacısının şəxsi həyatının sosial şəbəkələrdə yayılması da baş vermişdir.  Eyni zamanda mühacirətdə olanlara qarşı terror aksiyası həyata keçirilir. Berlində Orxan Ağayevin döyülməsi, Fransada Məhəmməd Mirzəlinin ölümcül bıçaqlanması və s. Mühacirlərin ailələrinə edilən basqılar və təzyiqlər barəsində hər gün sosial şəbəkələrdə məlumat paylaşılır. Hesab edirəm ki, heykəl məhbusu olmuş Bayram Məmmədovun Türkiyədə ölməsi yoxsa öldürülməsi də araşdırılmalıdır.

Vəziyyətdən çıxışı nədə görürsüz? – Ümumiyyətlə İlham Əliyev və onun ailə hakimiyyəti getməlidir, azad və ədalətli seçki vasitəsilə demokratik idarəetmə qurulmalıdır. Bundan sonra Azərbaycanda korrupsiyasız, şəffaf idarəetmə görmək olar. Azərbaycanın hal-hazırkı rejimi qeyri-demokratik deyil, diktaturadır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir