Bu gün Avropa Məhkəməsi Azərbaycan dövlətinə qarşı yeni qərarını elan edib. Bu barədə Vəkil Əsabəli Mustafayev özünün feysbuk səhifəsində məlumat yayıb:
“Avropa Məhkəməsi müdafiə etdiyim İlham Hüseyn, Təzəxan Mirələmli, Bəhruz Həsənov, Tofiq Dadaşov, Türkel Əlisoy və Ağaverdi Ruşanovun işləri barədə qərarı elan etdi. Qərarla bu şəxslərin qanunsuz həbsi, toplaşma azadlığının və ədalətli məhkəmə hüquqlarının pozuntusu tanınıb. Ərizəçilərin hər birinə mənəvi ziyana görə 12 000 avro,hüquqi xidmətə görə ümumilikdə 6000 avro ayrılıb.”
Vəkil həmçinin Müsavat Partiyası fəalı Mustafa Hacıbəylinin işi üzrə də qərarın açıqlandığını bildirib:
“Bu dəqiqələrdə Avropa Məhkəməsi Mustafa Hacılının işi üzrə də qərarını elan etdi. Qərarla Hacılının polis tərəfindən işgəncəyə məruz qalması və bu fakt üzrə səmərəli araşdırma aparılmamasına istinad edərək Konvensiyanın 3-cü maddəsinin həm maddi, həm də prosessual cəhətdən pozuntusunu tanıyıb. Qeyd edim ki, 3-ci maddənin maddi cəhətdən tanınması (yəni işgəncənin hökümət nümayəndəsi tərəfindən verilməsi) çox nadir hallarda olur. Kompensasiya mənəəvi ziyana görə 10 000, hüquqi yardıma görə 3000 avrodur.”
azadlıq.info