Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət İctimai İnsan haqları Sosial-iqtisadi Xəbərlər

Kiçik sahibkar Qəhrəman Əliyev hakimiyyət tərəfindən davamlı təzyqə məruz qaldığını bildirdi.

Kiçik sahibkar Qəhrəman Əliyevlə ölkədə sahibkarlığın vəziyyətilə bağlı bəzi məsələləri öyrənmək istədik, lakin müsahibimiz hakimiyyət tərəfindən sıxışdırılmaından danışmağa üstünlük verdi.

-Qəhrəman bəy, sahbkarlığın vəziyyətini ölkədə necə qiymətləndirirsiniz. Bir sahibkar kimi durum sizi qane edirmi? – Mənim bir sahibkar kimi normal fəaliyyətimə imkan verməyən Azərbaycanın məmur aparatı, korrupsiya sistemi olduğu halda mən necə durumdan razı ola bilərəm. Artıq bir ildən artıqır ki, mən normal işləyə bilmirəm.  Çünki, hər gün yoxlama, hər gün vergi tələbi, hər gün polisə çağırılma və s. Eyni zamanda təxminən bir il bundan əvvəl aldığım işgəncəyə görə psixoloji və nevroloji müalicə alıram. Bu durumda mən ölkədə sahibkarlığın vəziyyətindən çox da danışmaq istəməzdim. Çünki, sahibkarlar Azərbaycanda ən çox təzyiqə məruz qalan qruplardır.

-Polislərin sizə göstərdiyi təzyiqlə bağlı hər hansı şikayətiniz olubmu? – Mən bu sıxıntılarla bağlı dəfələrlə ombudsmana, prezidentə, daxili işlər nazirinə müraciətlər ünvanlamışam. Lakin, heç bir nəticəsi yoxdur. Çünki, yuxarıdakılar aşağıdakıları müdafiə edirlər. Ona görə müdafiə edirlər ki, korrupsiyanın başında yuxarıdakılar dayanır. Mənim işgəncə almağımda da səbəb rüşvət tələbinə yox deməyim oldu. Mənim şikayətlərimə heç bir halda adi cavab da verilmir. Lakin polis idarəsində mənə bildirirlər ki, şikayətinin heç bir faydası yoxdur. Çünki, sən hakimiyyətin əleyhinə fikir söyləmişsən.

-Qəhrəman bəy, vergi və ya sosial ödəmələrin düzgün ödənilməsindən əminsinizmi. Çünki, adətən ticarətçilər vergidən yayınmağa cəhd edirlər – Mənim işim elə bir işdir ki, bütün fəaliyyətimə dövlət orqanları nəzarət edir. Çünki, mən bir agentəm. Bu sistemdə hər şey nəzarətdədir. Ona görə də bu hərəkət mümkün deyil. Mən Azərbaycanda sahibkarlığa yaradılan mühitdən, korrupsiyadan, lazımsız yoxlamalardan narazıyam. Çünki, mənim işimə nəzarət edən orqanlar və onların başındakı şəxslər mənim qazancımı bildiklərindən həmin qazancı da əlimdən almaq istəyirlər. Məsələ bundan ibarətdir. Mən dəqiq bilirəm ki, ölkədə mənim kimi hüquqları pozulan minlərlə sahibkar və ya biznesmen var.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir