Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Goranboy rayonunda zərərli vərdişlər və onların fəsadları barəsində məlumatlandırma sessiyası keçirilib

 

Goranboy rayonunda zərərli vərdişlər və onların fəsadları barəsində məlumatlandırma sessiyası keçirilib

Narkomaniya və zərərli vərdişlərlə mübarizədə maarifləndirmə işi daha effektivdir.

Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi İctimai Birliyi 11 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Zərərli vərdişlərdən gənclərin qorunması üçün maarifləndirmə vacibdirlayihəsi çərçivəsində Goranboy rayonunda rayonunda növbəti maarifləndirmə tədbirini keçirmişdir.dsc_0002dsc_0019

Maarifləndirmə tədbiri Goranboy rayonu Gənclər Mərkəzində keçirilmişdir. Tədbirdə Goranboy rayonunda müxtəlif idarələrdə çalışan gənclər, o cümlədən bir neçə məktəbin gənc müəllimləri və yuxarı sinif şagirdləri iştirak etmişlər. Gənclər Mərkəzinin əməkdaşları da toplantıya qoşulmuşlar. Layihə rəhbəri Akif Hüseynov tədbiri açıb iştirakçıları salamladıqdan sonra adəti üzrə layihənin layihənin aktuallığını qeyd və problemin ictimai əhəmiyyətini faktlarla izah etdi. A.Hüseynov son dövrlər narkomaniya, siqaret və alkoqolizmin genişlənməsindən təssüfünü bildirdi və zərərli vərdişlərin fəsadlarını gənclərin bilməsinin vacibliyini qeyd etdi. Sonra isə tədbirin məruzəçisi Rafiq Təmrazova söz verildi.

R.Təmrazov zərərli vərdişlərin təsnifatını verərək istər siqaretin, istər spirtli içkinin insanın tibbi sağlamlığına və psixologiyasına təsirini qeyd edərək bildirdi ki, problem əsasən bu vərdişlərə yiyələnən insanların asılı olması ilə və gələcəkdə yarana biləcək xəstəliklərlə bağlıdır. Eyni zamanda məruzəçi bildirdi ki, zərərli vərdişlərin qarşısını inzibati yollarla almaq mümkün deyil. Daha sonra R.Təmrazov xüsusi olaraq narkotik vasitələrdən istifadə və onun fəsadlarında danışdı. Qeyd olundu ki, beynəlxalq narkosindikatlar Azərbaycanın coğrafi mövqeyindən istifadə edərək onu narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya aparılmasında tranzit əraziyə çevirməyə cəhd edirlər. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhəddinin 132 kilometrinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin, digər dövlətlərə narkotik maddələrin güclü axını həyata keçirilir.

Məruzəçi xüsusi olaraq narkotik vasitələri qəbul edən şəxslərin HİV (QİÇS), vərəm, hepatit və s. xəstəliklərə yoluxma riskinin yüksək olmasını bildirərk qeyed etdi ki, Azərbaycanda HİV-ə yoluxmuş şəxslərin 70%-i məhz narkotik istifadəçiləridir.

Tədbirin sonunda iştirakçılar mövzuyla balı suallar verdilər və sessiya qarşılıqlı diskussiya şəklində sona çatdı.

Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi

İctimai Birliyinin Mətbuat Xidməti

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir