Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Anar Məmmədli: O mənim üçün ölkədə insan hüquqları və demokratikləşmə prosesinə ciddi töhfə verə biləcək ziyalıdır.

anar-768x432Tanınmış hüquq müdafiəçisi Anar Məmmədli öz facebook səhifəsində Əli İnsanovla bağlı fikirlərini bölüşüb.

Həbsdə olduğum müddətin 1 il 3 ayı Əli İnsanovun olduğu 13 saylı həbsxanada keçdi. Bu müddətdə onu nisbətən yaxından tanımaq imkanım oldu. Yetərincə qapalı adamdır və öz siyasi baxışlarını və ya mülahizələrini hələm-hələm bölüşmür. Mühafizəkar həyat tərzinə malikdir və bəzi baxışları çoxumuzun ata-babamızın baxışları kimidir. Ancaq olduqca mehriban və qayğıkeşdir.
O mənim üçün ölkədə insan hüquqları və demokratikləşmə prosesinə ciddi töhfə verə biləcək ziyalıdır. Ümumiyyətlə, onun mütaliəsi və intelektual səviyyəsini hər zaman heyrətlə xatırlayıram. Çünki, 1993-cü ildən bu yana hakimiyyətin ən yüksək eşalonunda təmsil olunan şəxslərin savadı cəmiyyətdə ciddi təəsüf doğurub. Ancaq Əli İnsanovun təbabət və dəqiq elmlər bir yana tarix, ədəbiyyat, musiqi, fəlsəfə və incəsənətlə bağlı məlumatlılığı digərlərindən çox fərqli imiş. Özü demiş, Sovet dönəmində Moskvanın akademik çevrəsinə bağlılığı öz işini görüb və “kitab arsenalı” çox zəngindir.
İnsanovun həbsxana işçiləri və ya dustaqlar arasında kimisə aşağılamasını və ya acılamasını heç zaman görmədim və eşitmədim. Çox dəqiq və məsuliyyətli proqrama malik idi. Boş vaxtlarında dustaqların səhhəti ilə bağlı şikayətləri dinləyirdi və məsləhətlər verirdi. Yaddaşı o qədər möhkəm idi ki, bəzən min dustağın içində nə vaxtsa dərmanlar məsləhət verdiyi dustağı saxlayıb halını soruşurdu. Bütün bunlardan sonra mənim onun barəsində qənaətim – o mövcud siyasi sistemin formalaşmasında əməyi keçdiyi üçün ciddi peşimançılıq keçirən qurbandır. Bu cür siyasi sistemlər möhkəmləndikcə öz içindəki ləyaqəli, savadlı və iddialı şəxsləri məhv edirlər.
İndi onun yenidən siyasi məhbus ömrü yaşayacağına üzülürəm. Bu adam ömrünün qürüb çağında nə prezidentliyə, nə də deputatlığa namizəd olasıdır. Bəli, müxalif düşərgəsində bir çox şəxsə ciddi şəkildə simpatiya bəsləyir. Yəqin ki, azadlığa çıxarsa müxalif çevrələrə qoşulacaq. Məncə ona qarşı bu cür barışmaz münasibətin arxasında müxalif düşərgəyə bağlıllğı və iradəsi durur. Bununla da hakimiyyət onun nüfuzu və xarakterindən çəkindiyini göstərdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir