Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

670 bal toplamış tələbə özünü 11-ci mərtəbədən atıb öldürdü; Səbəb?.. FOTOLAR

Dünən axşam saatlarında özünü yaşadığı yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edən Bakı Ali Neft Məktəbinin tələbəsi Hüseyn Abbasovun dünən intiharından bir neçə saat əvvələ qədər internetdən istifadə etdiyi məlum olub. 4-cü kurs tələbəsi olan Hüseyn son olaraq zarafatla “Merhabalar, ben Hüseyn, 20 yaşındayım, Azerbaycanda yaşıyorum, heç evlənmədim, 18-20 yaş arası taliplerimi bəkliyorum, təşəkkürlər” statusunu yazıb.

H.Abbasovun fotolarını təqdim edirik.

***

Dünən axşam saatlarında SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi gənc mütəxəssislər yataqxanasında özünü 11-ci mərtəbədən ataraq intihar edən 4-cü kurs tələbəsi Hüseyn Abbasovla bağlı bəzi məqamlar aydınlaşıb. Tələbə yoldaşlarının verdiyi məlumata görə, H.Abbasovun doğrudan da kəsirləri olub. Lakin bu kəsirlər onun yaxşı oxumaması səbəbindən deyil, imtahanlarda ümumiyyətlə iştirak etməməsindən yaranıb.

Tələbə yoldaşları bildirib ki, bir müddət imiş H.Abbasovun ailəsində problemlər yaranıbmış və bu problemlər onun təhsilinə də mənfi təsir göstərib. Lakin onlar problemin konkret nədən ibarət olmasını dəqiq bilmədiklərini deyib. Mərhumun tələbə dostları həmçinin əlavə edib ki, 22 yaşlı Hüseyn hadisədən az əvvəl bərbərə gedib saçlarını kəsdirib.

Hadisənin baş vermə səbəbinə gəlincə, dünən saat 18 radələrində 11-ci mərtəbədə yaşadığı yataqxana otağının eyvanına çıxan H.Abbasov məhəccərə çıxaraq özünü aşağı atıb. O, həyətdəki gül dibçəyinin üstünə düşüb. Hadisə yerinin bir neçə metrliyində mühafizəçi olsa da, o, Hüseynə kömək edə bilməyib.

İntihar edən tələbənin atası Maarif Abbasov bildirib ki, oğlunun bir neçə fəndən kəsirləri olub. O, istintaqa deyib ki, oğlu əlaçı tələbə idi: “Bizə birdən məlum oldu ki, onun 6 fənnin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi”(sputnik.az).

***

Bakıda intihar hadisəsi baş verib.

Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə rayonun Azər Manafov küçəsi 1A ünvanında yerləşən yataqxana binasında qeydə alınıb. Orada qalan, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Abbasov Hüseyn Maarif oğlu özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Maarif Abbasov ali məktəbə qəbul olarkən 670 bal toplayıbmış.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (APA)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir