Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Sovetski sakini : Şərəf ordenli icra başçısı evimi nə hala saldı?! VİDEO

sovetski-sokuntuTahirə Rzayevanın “Sovetski”də “Gələrsən, görərsən” adlı kafesi var. O, iyunun 18-də gəlib görüb ki, kafenin üstün söküblər.  “ Bax, cənab prezident, mən evdə olmamışam, təzə şərəf ordeni verdiyiniz İbrahim müəllim xalqa xidmət eləmək əvəzinə  gör vətəndaşın evini nə günə qoyub?! Bax, evin üstün söküblər, nə yata bilirəm, nə dura. İyidən-qoxudan içəridə yaşamaq olmur. Sabah bu da uça bilər, köhnə dam-daşdı, hər tərəf rütubətdi, 200 ilin, 180 ilin evidir. Mənim başıma daş düşdü, öldüm, nə olacaq?”

Qadın 23 ildir bu kafeni işlədir. Söküntülər başlayandan sonra gəlib onun kafesin və ona birləşik olan evin ölçüblər. Amma qiymət barədə razılığa gəlməyiblər. Razılaşma olmasa da, onun evinə gələn qaz, su, işıq xətti kəsilib. Qadın, bütün bunları onu evdən çıxarmaq üçün təzyiq hesab edir.

“Vətəndaşın obyektinə də pul verərlər ki, getsin bir parça çörək qazansın. Zavod, fabrik yoxdur. İki-üç başqa ailə də buradan çörək qazanıb yeyirdi. Belə zülm olar?!”

Evə məxsus antena və pəncərə çərçivəsi çıxarılıb atılıb. Tahirə Rzayeva pəncərənin çərçivələrin güc-bəla ilə düzəldib yenidən yerinə taxdığını deyir.

Yasamal rayonu Köçürmə Komissiyasına gəlirik. Komissiyadan çıxanlar problemlərini həll etmədən gedirdilər. “Camaatı razı yola salın. Heç qulaq asmaq istəmir adama.”

Şikayətçi Tahirə Rzayevanı qəbul etsələr də, bizi içəri buraxmadılar. Komissiya üzvləri şikayətçiyə deyiblər ki, icra başçısı işçi göndərəcək kafenin tavanın düzəldəcəklər, qarşısın da təmizləyəcəklər. “Dedim, üstün təmizləsəniz də, yağış evə vuracaq”- Tahirə Rzayeva bildirir.

Yasamal rayon icra başçısının birinci müavini, komissiyanın sədri Səməd İslamovdan suallarımıza cavab almaq istəyəndə köməkçiləri üstümüzə hücum etdilər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir