İrandan Azərbaycan üzərindən Hollandiyaya aparılan 213 kq heroinin sərhəd-gömrük məntəqəsindən necə keçirilməsiylə bağlı xəbər böyük rezonansa səbəb olub. Qeyd edək ki, gununsesi.info Gürcüstan KİV-lərinə istinadən İrandan Azərbaycan üzərindən Hollandiyaya aparılan 213 kq heroin Batumidə tutulub.
Artıq Azərbaycan dövlətinin adına baş ucalığı gətirməyən ikinci halla qarşılaşırıq. Bəs görəsən, aidiyyatı orqanlar bu barədə deməyə söz tapacaqmı?
Gununsesi.info-nun əməkdaşı Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıb. Hər üç qurumdan suallımızı dinləsələr də cavab verməkdən boyun qaçırıblar.
Telefonun dəstəyini qaldıran xanımlar aidiyyatı şəxslərin yerində olmadığını deyib.
Xatırladaq ki, tutulub. Gürcüstan DİN-nin yaydığı məlumata görə, Gürcüstan gömrükçüləri Batumi limanında həyata keçirdikləri əməliyyat zamanı avtomobil qoşqusunda 213 kq heroin aşkarlayaraq, müsadirə ediblər. Gürcüstan daxili işlər nazirliyi bəyan edib ki, əldə edilən gizli məlumat əsasında Batumi liman gömrüyündə həyata keçirilən əməliyyat tədbirləri zaman hər birində təqribən 600 qram olmaqla 356 bağlamada heroin aşkarlanaraq müsadirə olunub. Bu da ümumilikdə 213 kq heroin edir. Məlumatda o da qeyd olunur ki, avtomobil İrandan Azərbaycana üzərindən Gürcüstan və Ukraynaya keçərək Hollandiyaya gedəcəkmiş. Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb. Bunla bağlı cinayət işi açılıb və hazırda araşdrma aprılır. Qeyd edək ki, Azərbaycan üzərində Gürcüstana keçən yüksək həcmli narkotik maddə saxlanılması ikinci fakdır.
Gununsesi.info