ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürmüş milyarder Donald Tramp ölkədə bütün məscidlərdə axtarış aparmağı təklif edib.
Media-fakt.info-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu barədə Tramp “Fox and Friends” telekanalına intervyusunda bildirib.
“Biz kim nə deyir desin, məscidlərin yoxlanması məsələsində çox ciddi addımlar atmalıyıq”, – Tramp söyləyib.
Donald Tramp “CNN” telekanalına açıqlamasında müsəlman cəmiyyətinin üzvlərini Orlandoda qətliamı törədən Ömər Mətinlə tanışlıqda imtina edib. Onun sözlərinə görə, müsəlmanlar hüquq-mühafizə orqanlarına bu barədə məlumat verməyiblər və qətliamın günahkarları həm də onlardır.
Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İnsanlara atəş açan Ömər Mətin polislə atışma zamanı öldürülüb.
“Pulse” gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.