Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Obama və Putin ümidlərimi puça çıxardı…”

Media-fakt.info Hurriyet Daily News-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Ttayib Ərdoğan ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putinlə əlaqələrinin yeksək səviyyədə olmamasına aydınlıq gətirib.
Ərdoğanın sözlərinə görə, Obamaya böyük ümidlər bəsləsə də, təəssüflər olsun ki, bu ümidlər özünü doğrultmadı. “Misal olaraq deyə bilərəm ki, Amerika ilə Türkiyə arasında iqtisadi münasibətlər yaxşılaşmaq əvəzinə pisləşib. Bizim beynəlxalq aləmdə həyata keçirilən  siyasətdə də gözləntilər də özünü doğrultmadı.”
Ərdoğan deyib ki, Ankara və Vaşinqton xüsusən də Suriya və İraq məsələsində  birgə səylərini istənilən səviyyədə nümayiş etdirə bilmədi: “Burada əsasən Vaşınqtonun kürd terrorçu təşkilatı olan YPG-ni dəstəkləməsi məsələsindədir.”
Putinlə münasibətlərinə toxunan Ərdoğan deyib ki, baxmayaraq bizim münasibətlərimi çox yaxşı səviyyədə idi: 
“İki ölkə arasındakı münasibətlər hətta ABŞ-Türkiyə münasibətlərindən də yaxşı idi. Bizim Putinlə münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanırdı. Ölkələrimiz arasında ticarət dövriyyəsi Türkiyə-Amerika ticari əlaqələrindən çox idi. Biz bu ticarət əlaqələrinin yüz milyard dollara çatdırılmasını qarşımıza hədəf qoiymuşduq. Ancaq Suriya məsələsində mövqelərimiz haçalanırdı. Münasibətlərimizin kəskinləşməsi isə 2015-ci ilin noyabrın da rus təyyarəsinin vurulmasından sonra baş verdi”.
Rusiya-Türkiyə münasibətlərinin qısa zamanda tənzimlənəcəyinə ümid edən Ərdoğan bildirib ki, bizim Rusiya ilə əlaqələrimiz əvvəlki səviyyəyə dönəcək və ondan da yüksək səviyyədə olacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir