“Qanun”un sahibi Şahbaz Xudoğlunun qardaşı sabiq millət vəkili Sabir Rüstəmxanlı bildirir ki, nəşriyyata hər zaman basqılar olub. Mətbəədə çap olunan kitabın məsuliyyəti müəllifə aiddir. Buna görə mətbəənin sahibi sorğulanmamalıdır.
Nəhayət, dünən axşamdan mühasirədə olan nəşriyyatın qapıları axtarışlardan sonra açılır. Məlum olur ki, bomba axtaran polislər, mətbəədən yarımfabrikat malları aparıblar.