Avropa Parlamenti avqustun 31-də Azərbaycanda insan haqlarının vəziyyətinə dair müzakirə keçirir. Müzakirənin gedişini burada işıqlandırırıq.
Deputat Gomes deyib ki, Hindistandan, Qvatemaladan, Azərbaycandan korrupsiya ilə çıxarılan pullar Avropa Birliyinin bankları vasitəsilə gedir, Avropada daşınmaz əmlaka qoyulur.
***
Belçikalı jurnalist Kristof Clerix Panama sənədlərindən danışır. Deyir ki, Panama sənədləri aysberqin görünən yalnız cüzi bir hissəsidir. Təkcə Fonseca 200 min ofşor şirkət yaradıb.
12 ölkə rəhbəri var. Şirkət sahibləri arasında. Bu işlərlə əlaqəli 29 milyarder var, Forbse-un 500 ən varlı adamlar siyahısından İslandiyanın baş naziri istefa verdi. Ukrayna prezidenti Poroshenko da var. Ermənistanda hansısa general istefa verdi.
Lüksemburqda 500 belə şirkət yaradılıb. Panama sənədləri 11 milyon sənəddir. Araşdırmaçı jurnalistlər konsorsiumu əsas materialları sayta qoyub.
***
“Fərdi sanksiyalar”
Vincent Azərbaycanda digər məhbusların adını sadalayır. Hər birinin nəyə görə tutulmasından danışır. Deyir ki, Azərbaycanda media hakimiyyət tərəfindən nəzarətdə saxlanır. Vəziyyət yaxşılaşmır.
Vincent deyir: “Avropa Birliyində biz fərdi sanskiyalar məsələsinə baxmalıyıq, ayrı-ayrı məmurlar haqda. Fərdi sanksiyalar vacibdir. Belə sanksiyalar korrupsiya ilə mübarizədə səmərəlidir.”
Natiq daha sonra deyir ki, Avropa Birliyi Azərbaycanda islahatlara yardım edə bilər. Ancaq Azərbaycan tələb olunan islahatları aparmır. Məhbuslar buraxılmır. Qanunvericilik dəyişdirilmir: “Avropa Birliyi öz nüfuzundan istifadə etməlidir. Azərbaycanın indiki böhran şəraitində beynəlxalq aləmə ehtiyacı var. ”
“Ölkə boyda həbsxana”
Növbəti söz alan Rebecca Vincentdir. Hüquq naminə İdman Koalisiyasındandır. Vincent Azərbaycandan danışır. O deyir ki, Azərbaycanda hüquq müdafiəçilərilə əməkdaşlıq edib. O deyir: “Avropa Oyunlarından keçən bu 15 ay ərzində vəziyyət dəyşməyib. Burda danışılanları Azərbaycanın simasında görmək olar. Müxtəlif səviyyələrdə korrupsiya var. Vəzityyət daha da pisləşib. Xarici aləmin diqqəti yaxşıdır. Ancaq konkret addımları görməmişik. Azərbaycan ən korrupsiyalaşmış ölkələrdən biridir. Korrupsiya siyahısında 119-cu yerdədir. Əliyev ailəsi və digər oliqarxlar dövlət fondları sahəsində illərlə korrupsiya ilə məşğuldurlar.” O, Azadlıq Radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılın adını çəkir. Deyir ki, o, korrupisiyanı ifşa edirdi və buna görə həbs olundu: “O, azad olunsa da, ölkədən çıxa bilmir. Bir çoxları kimi. Xədicə ölkə boyda həbsxananı tərk edə bilmir. Onlarla siyasi məhbus həbsdədir. Azərbaycan hakimiyyəti həbsləri davam etdirir. Jurnalistlər, fəallar islamçılarla əlaqədə ittiham olunub tutulurlar. Sentyabrın 26-da referendumdur. Bu referendum haqda istənilən tənqidi hakimiyyət boğur.” R.Vincent siyasi fəal ilqar Məmmədovun həbsdə olmasına da toxunub.