Almaniyada Bayram Məmmədov və Qiyas İbrahimov haqqında qısa film nümayiş etdirilib
Bayram Məmmədov və Qiyas İbrahimov haqqında qısa film nümayiş etdirilib
İyunun 10-da Almaniyanın nüfuzlu Humbolt universitetində Bayram Məmmədov və Qiyas İbrahimovun başına gələnlər barədə mühazirə keçirilib.
Mühazirədə alman və xarici tələbələrə Bayram və Qiyasın başına gətirilən işgəncələrdən, Azərbaycandakı siyasi rejimin gənclərə etdiyi qəddarlıqlardan bəhs edilib. Mühazirəni Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı təşkil edib. Həmçinin gənclər haqqında qısa film nümayiş etdirilib.
Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da həbs olunublar, onlara Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələr ilə ittiham elan olunub.
NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.