ABŞ-ın kəşfiyyat şefi İstanbuldakı terroru dəyərləndirdi: “İŞİD-in qəddar izləri var”
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (ingiliscə CIA) direktoru Con Brennan İstanbul Atatürk hava limanında törədilən terroru təhlil edib.
Yahoo News xəbər agentliyinə danışan Brennan deyib ki, bu terrorda İŞİD-in qəddar izləri var.
CIA şefinə görə, son vaxtlar ciddi mövqe itkilərinə məruz qalan İŞİD İraq və Suro
iyadan kənarda, müxtəlif ölkələrdə “bombalı hücumlarla” çıxış yolu axtarır. Brennan həmçinin, İŞİD-in ABŞ-da da terror törətmək istədiyini deyib. CIA direktoru bildirib ki, İŞİD-in mümkün qədər çox sayda insan öldürmək “motivasiyası” var və hədəflərindən biri də ABŞ-dır. “İŞİD-in belə bir hücumu ABŞ-da da törətmək istəməsinə təəccüb etməzdim”, – deyə o qeyd edib.
Brennan vurğulayıb ki, belə terror hərəkətlərinin qarşısını almaq təhlükəsizlik qüvvələri üçün çox çətindir: “Türkiyə hava limanında olanlara baxın. Bunlar sui-qəsd jiletləri (terrorçuların bədənlərinə bağladıqları partlayıcılar – red.). Bunları hazırlamaq çətin deyil. Əgər qərarlı, qaçmaq niyyəti olmayan və öləcəyini bilən bir düşmənlə qarşı qarşıya isəniz o zaman belə hücumları önləmək baxımından strategiyanız qarışıq hala gəlir”.
CIA şefinə görə, İŞİD Suriya ilə sərhəd boyu məhz Türkiyə ordusundan zərbələr aldığı üçün bu ölkədə terroru yaymaq istəyir. Brennanın fikrincə, xüsusən də son dönəmdə Türkiyə İŞİD-lə mübarizədə önəmli addımlar atıb və bu baxımdan İŞİD-in Türkiyədə terror törətmək üçün öz aləmində motivi var.