Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

BMT Azərbaycanda mülki və siyasi hüquqların vəziyyət haqda yekun hesabatını açıqlayıb.

BMT İnsan Hüquqları Komitəsi Azərbaycanda mülki və siyasi hüquqların vəziyyət haqda yekun hesabatını açıqlayıb. Bu məsələnin müzakirəsi oktyabrın 20-21-də Cenevrədə Azərbaycandan olan nümayəndələrin iştirakı ilə keçirilmişdi.

Konstitusiyaya dəyişikliklər hüquqları məhdudlaşdırır.Komitə sentyabrın 26-da keçirilmiş referendumdan, Konstitusiyaya dəyişikliklərin “parlamentin iştirakı və açıq müzakirələr olmadan”həyata keçirilməsi ilə bağlı narahatlığını bildirib.

Sənəddə deyilir “Qəbul edilən dəyişikliklər vətəndaşların hüquqlarını məhdudlaşdıra və məhkəmə hakimiyyətinin müstəqilliyini təhlükə altına ala bilir, prezidentin səlahiyyətlərini artırır, onun siyasi məsuliyyətini azaldır, parlamentin hüququnu məhdudlaşdırır.

Bakı 12 mart - 12 Mart 2011

Komitə işgəncə və amansız davranış, o cümlədən jurnalistlərə, hüquq müdafiəçiləri və gənc fəallara qarşı işgəncə və amansız davranış haqda məlumatlardan narahatdır. Bu, bəzi hallarda onların ölümü ilə nəticələnir. Cəzaçəkmə yerlərində zorakılıq və işgəncə faktları, penitensiar xidmətdə və polis təcridxanalarında korrupsiya faktları var. Məhbuslar vəkillərlə görüşmək imkanlarından məhrumdur.Azərbaycan öz qanunlarına və vətəndaşların toplaşma azadlığından istifadə hüququnun təminatı təcrübəsinə yenidən baxmalı, bütün zorakılıq, hüquq-mühafizə orqanlarının güc tətbiq etməsi hallarını, özbaşına həbsləri və dinc nümayişçilərin saxlanması hallarını cəld və effektiv araşdırmalı, günahkarları məsuliyyətə cəlb etməlidir”, Komitə bildirir.

Qurum toplaşma və birləşmə azadlığına qanunverici məhdudiyyətlərin tətbiqi, müstəqil QHT-lərin qeydiyyatından imtina, onların fəaliyyətinə və xarici maliyyələşdirməyə qadağanın qoyulması, həmin müddəaların pozulmasına görə sərt cəzaları qeyd edir.

Naxçıvanda yaşayan şəxslərin mütləq hakim partiyaya üzv olması ilə bağlı tələblər barədə məlumatlar da hesabatda ifadəsini tapıb.

Komitə 2020-ci il noyabrın 4-dək növbəti dövri hesabatı təqdim etməyi və hazırki hesabatda əksini tapan tövsiyələrin yerinə yetirilməsinə dair informasiyanı sənədə daxil etməyi Azərbaycandan xahiş edib.

Hesabat 18 beynəlxalq müstəqil ekspertin iştirakı ilə tərtib edilib. Onlar mülki və siyasi hüquqlar haqda Beynəlxalq paktın tətbiqinin monitorinqini keçirirlər.

Bu çoxsəhifəli sənəd BMT insan hüquqları üzrə ali komissarın ofisi tərəfindən açıqlanıb, ölkədə real vəziyyət və qanunvericiliyin vəziyyətinin qiymətləndirilməsini əhatə edir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir