Hərbi müşahidəçilərin dediyinə görə, 12 nəfərin ölümü ilə nəticələnən Suriyanın Hələb şəhəri yaxınlığında humanitar yardım karvanına edilən hucum ABŞ hökumətini “hiddətləndirib”.
BMT təsdiqləyib ki, karvan Urm al-Kubra şəhəri yaxınlığında vurulub və əlavə detallar verilməyib.
Lakin fəallar deyir ki, hücum hərbçilər ABŞ-Rusiya barışığının bitdiyini elan etməsindən bir neçə saat sonra baş verib.
Vaşinqton deyib ki, onlar Moskva ilə “əməkdaşlığın gələcək perpektivlərini yenidən qiymətləndirəcəklər”.
“Bu karvanın getdiyi ünvan Suriya rejiminə və Rusiya Federasiyasına bəlli idi”, Dövlət Departamentinin sözçüsü John Kirby deyib.
“Və indi bu işçilər Suriya xalqına kömək etmək istədiyi vaxt öldürülüb”, o əlavə edib.
Human Rights-ın Suriyalı müşahidəçiləri deyib ki, hucüm ya Suriya ya da Rusiya hərbi təyyarələri tərəfindən həyata keçirilib. Dəməşq bunu hələ ki, təsdiqləməyib.
BMT-nin yardımlar üzrə rəhbəri Stephen O’Brien deyib ki, “rəhmsiz hücumun” qəsdən törədildiyi aşkar olunarsa bu cinayət tərkibli olacaq.
BMT sözçüsünün sözlərinə görə, yardım karvanında olan 31 maşından azı 18-i vurulub. Karvan 78 min insana yardım aparmağa çalışırdı.
Şahidlər telefon vasitəsilə Reuters xəbər agentliyinə deyiblər ki, 5 qırıcı təyyarə Suriya Qırmızı Xaça məxsus olan ərazidə dayanan yük maşınlarına hücum edib.
Suriya əsgərləri və üsyançılar zorakılığa görə artıq bir-birini ittiham edib.
Suriya məsələsi ilə bağlı danışıqları ABŞ və Rusiya çərşənbə axşamı Nyu Yorkda davam etdirəcək, dövlət departamenti əlavə edib.
(bbc azəri)