Tanınmış bloqqer, ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin ölkədən xaricə buraxılmaması texniki səhv nəticəsində olub.
Bu barədə Bəxtiyar Hacıyev özü məlumat verib. B.Hacıyev bu haqda deyib:
“Daxili İşlər Nazirliyindən zəng edib ölkədən buraxılmamağımla bağlı qadağanın “texniki səhv” olduğunu, artıq ölkədən gedə biləcəyimi bildirdilər. Çox pis hissdir, qadağanın götürülməsinə sevinməklə Varşavadakı tədbirə vaxtında gedə bilməməyə görə üzülmək bir-birinə qarışıb”.