Keçmiş xarici işlər naziri, sosial-demokrat Frank-Valter Ştaynmayer Almaniya prezidenti seçilib.
Almaniya prezidentini 630 Bundestaq deputatı və 630 federal torpaq nümayəndələrindən ibarət Federal Məclis seçir.
Birinci turda Ştaynmayerin seçilməsi üçün 631 səs toplamaq lazım idi. Onun namizədliyinin lehinə 931, ümumilikdə isə 1239 parlamentari səs verib.